Alternative content

14:45 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cəmiyyətimizdə radikalizmə və cəhalətə yer yoxdur
Cəmiyyətimizdə radikalizmə və cəhalətə yer yoxdur
ANA SƏHİFƏ / SİYASƏT
00:18 12.09.2018


Aşurada qan donorluğu təşəbbüsü geniş dəstək qazanır


Dünyəvi ölkə olan Azərbaycanda dövlət-din münasibətləri sağlam təməllər üzərində bərqərar olub. İnsanlar arasında islam dininə münasibət də normal düşüncə əsasında formalaşıb. Cəmiyyətimizdə digər dinlərin təmsilçilərinin də inanclarına hörmət və həssaslıqla yanaşılır. Ona görə Azərbaycan dünyada həm də tolerantlıq nümunəsi kimi tanınır.

Təbii ki, Azərbaycanda dini sahədə olan nümunəvi vəziyyətin əsas səbəbi bu məsələyə dövlətin diqqət və nəzarətidir. Ölkəmizdə həyata keçirilən dini maarifləndirmə tədbirləri xüsusilə əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, Azərbaycan cəmiyyətində dini radikalizmə, mövhumata, cəhalətə yer yoxdur. Xüsusilə qeyd edilməlidir ki, Aşura ilə bağlı müşahidə olunan radikal, insan sağlamlığına mənfi təsir göstərən tədbirlərdən Azərbaycanda uzun müddətdir ki, imtina olunub. Aşura mərasimləri zamanı qanvermə aksiyalarının keçirilməsi isə artıq ənənə halını alıb.

Məsələyə münasibət bildirən ilahiyyatçılar da Aşura mərasimlərinin dövlətin qanun və qaydalarına uyğun keçirilməsinin vacibliyini vurğulayırlar. Onlar bu günlərdə qanvermə aksiyasının keçirilməsinin əhəmiyyətini də qeyd edirlər.


Cəmiyyət zorakılığı qəbul etmir


"Azərbaycanda dini statusu, sakitliyi pozmağa çalışanlara qarşı həmişə mübarizə aparmışıq”. Bu sözləri qəzetimizə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xaçmazdakı səlahiyyətli nümayəndəsi Yaşar Rzayev deyib. O qeyd edib ki, islam adına xələl gətirmək istəyən, xarici qüvvələrin təsiri ilə Azərbaycanda dini statusu pozmağa çalışanlara qarşı həmişə sərtlik nümayiş etdirilir.

Həmsöhbətimizin sözlərinə görə, QMİ-nin verdiyi fətvaya əsasən, bu il də təziyə mərasimləri məlum qaydalara uyğun aparılacaq: "Bədənə zəncirlə xəsarət yetirmək, baş yarmaq kimi xoşagəlməz əməllər olmayacaq. Qanvermə aksiyaları təşkil ediləcək. Toplanan qan ehtiyatı talassemiyalı xəstələrə yardım üçün ayrılacaq. Aşura günü əhalini qanvermə aksiyalarına dəvət etmək daha düzgündür. Xalqımız zorakılıq hallarını xoşlamır. Ümumiyyətlə, islamı olduğu kimi qəbul etmək lazımdır. İslam sülhsevər dindir. İslamda fanatizm, mövhumat, cəhalət qəbul edilmir”.


İnsan həm özü, həm də cəmiyyət üçün faydalı işlər görməlidir


İlahiyyatçı Elşad Mahmudov isə deyir ki, islam dini insanlara faydalı olmağı tövsiyə edir. Onun fikrincə, Aşura günü məscidlər də, o cümlədən ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində keçirilən qanvermə aksiyaları bu baxımdan çox əhəmiyyətlidir: "Bunu savab, mükafatı bol olan faydalı bir iş olaraq dəyərləndiririk. "Qurani Kərim”də də qeyd edilib ki, bir insanı diriltmək bütün kainatı diriltmək deməkdir. Xəstəxanalarda qana ehtiyacı olan xəstələr var. Nə yaxşı ki, onlara qanımızla kömək edə bilirik. Ümumiyyətlə, insanlar təkcə Aşurada deyil, başqa günlərdə də bacardıqları qədər bu cür gözəl əməlləri etməlidirlər. Aşura günü insanın bədəninə xəsarət yetirməsi islamda qadağan edilir. Bədən Allahın əmanəti olaraq bizə verilib və bu əmanətə zərər vurmamalıyıq. Allah rizasına digər insanlara dəstək olmaq üçün qan vermək ən məqbul əməl sayılır. Sağlam düşüncəli inanclı insanlar bunu dəstəkləyirlər. Qan vermək sağlamlığımıza faydalıdır, eyni zamanda da digər insanlara xeyrimiz dəyir”.

İlahiyyatçı onu da vurğuladı ki, Aşura islam tarixində olan hadisələrdən biridir. Bu barədə söz düşərkən doğru məlumat çatdırmaq lazımdır ki, insanlar islamın mahiyyətini yanlış anlamasınlar.

Fərizə ƏHMƏDOVA,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM