Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

05:42 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sumqayıtda “Kaspi” uşaq bağçası istifadəyə verilib
Sumqayıtda “Kaspi” uşaq bağçası istifadəyə verilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:39 11.09.2018

Sentyabrın 11-də Sumqayıtda "Kaspi” uşaq bağçası istifadəyə verilib. Şəhərin 6-cı mikrorayonunda fəaliyyətə başlayan bağçada 3-6 yaşlı uşaqlar üçün iki bölmə fəaliyyət göstərəcək.

Yeni məktəbəqədər müəssisənin açılışında şəhər rəhbərliyi, təhsil işçiləri, valideynlər və sakinlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mərasimdə çıxış edərək valideynləri, təhsil işçilərini, şəhər sakinlərini uşaq bağçasının açılışı münasibətilə təbrik edib, bağçanın pedaqoji kollektivinə uğurlar arzulayıb.

Zakir Fərəcov çıxışında vurğulayıb ki, şəhərin məktəbəqədər tərbiyə müəssisələrində mövcud olan problemlər əsasən aradan qaldırılıb, aparılan metodik işlərin vəziyyəti, uşaqların təlim-tərbiyəsi və ərzaq təminatı məsələsi ciddi nəzarətdə saxlanılır. Şəhərdə fəaliyyət göstərən bağçalarda istilik sistemi tam bərpa olunub və onlar isti su ilə təmin edilir.

Bildirilib ki, Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 mənzildən ibarət yaşayış binalarının tikintisi davam etdirilir. Kompleksin tikintisi başa çatdıqdan sonra şəhərin uşaq bağçalarında 200-dən artıq qrup və 120 yardımçı otaq boşalacaq. Bu da 3000-dən çox uşağın bağçalara əlavə qəbul olunması və ya təqribən 15 yeni bağçanın tikintisi deməkdir.

Sonra uşaq bağçasında yaradılan şəraitlə tanışlıq olub.

Vurğulanıb ki, yeni istifadəyə verilmiş "Kaspi” uşaq bağçasında uşaqlara gündəlik Azərbaycan və rus dillərindən başqa ingilis dili, savad təlimi, ətraf aləmlə tanışlıq, nitq inkişafı, sadə riyazi təsəvvürlərin inkişafı, məntiqi təfəkkürün inkişafı, rəsm, əmək, fiziki tərbiyə də tədris olunacaq. Bundan başqa, balacalar üçün rəqs, musiqi, şahmat, mental aritmetik məşğələləri də təşkil olunacaq ki, bu da uşaqların dünyagörüşünün artmasına və yaradıcılıq qabiliyyətlərinin inkişaf etməsinə birbaşa kömək edəcək.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM