11 Sentyabr 2018 22:33
319
CƏMİYYƏT
A- A+

Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib


Sentyabrın 11-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə DQİDK-nın, RİH-in rəhbər şəxsləri, millət vəkilləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov konfransda çıxış edərək bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini bildirib. Milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin xalqımızın tarixində, özünüdərkində mühüm əhəmiyyət daşıdığını, azərbaycançılıq ideologiyasının əsas tərkib hissələrindən biri olduğunu qeyd edən Ə.Əzizov deyib ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli mənəvi dəyərlərimizin qorunub saxlanmasına və inkişafına çox böyük önəm verib. Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər əsası Ulu Öndər tərəfindən qoyulmuş tolerantlıq siyasətinin daha da möhkəmlənməsi kursunun davamıdır.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən və ölkəmizdəki dövlət-din münasibətlərindən danışıb. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi ideoloji prinsiplərin ana xəttini milli mənəvi dəyərlərimizə söykənən azərbaycançılıq təşkil edir: "Eyni zamanda, Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etdiyi üçün mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslamı yad təsirlərdən qorumalıyıq. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq. Din sahəsində ideoloji cəhətdən boşluq yaranmasına imkan verməməliyik. Buna görə də Dövlət Komitəsinin bu maarifləndirici tədbirləri gələcəkdə də davam etdiriləcək”.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək dinə dövlət qayğısından, dövlət-din münasibətlərindən danışıb. O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din dövlətdən ayrı olsa da dövlət daim dini sahəyə, inanclı insanlara xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı mütəmadi olaraq din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir, dini ibadət yerləri təmir-bərpa olunub inanclı insanların istifadəsinə verilir: "Ölkəmizdə bütün vətəndaşların dini etiqad azadlığı qanunvericiliklə tam təmin olunur. İslam dininin, dini adət və mərasimlərin olduğu kimi insanlara çatdırılması maarifləndirmə tədbirlərinin əsas qayəsidir. Bu sahədə görülən işlər təqdirəlayiqdir və davam etdirilməlidir”.

Müzakirələr zamanı Məhərrəm ayında keçirilən dini mərasimlərin, o cümlədən "Aşura” mərasiminin icrası zamanı qanunvericiliyin tələblərinə və Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasında qeyd olunan tövsiyələrə əməl olunmasının vacibliyi vurğulanıb.

Seminar-müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video