11 Sentyabr 2018 22:30
382
DÜNYA
A- A+

ABŞ-da 11 sentyabr terror aktlarının 17-ci ildönümü qeyd edilir


ABŞ-da 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda və Vaşinqtonda törədilmiş terror aktlarının 17-ci ildönümü qeyd edilir. Sentyabrın 11-də bu terror qurbanlarının xatirəsini yad etmək üçün Prezident Donald Tramp və birinci xanım Melania Tramp Pensilvaniya ştatının Şenksvil şəhərinə səfər ediblər. Şenksvil mərasiminə "Səslər qülləsi” adlanan, uzunluğu 28 metrlik monumentin səslənməsi də daxil olunub. Bu abidə Şenksvildə terror qurbanlarının hər birinə həsr olunmuş özünəməxsus külək səsləri ilə təchiz edilib.

17 il bundan əvvəl səhər saat 8:46-da birinci təyyarə ("American Airlines” aviaşirkətinin 11 nömrəli reysi) Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin şimal qülləsinə çırpılıb. Bu hadisədən 16 dəqiqə sonra ikinci təyyarə ("United Airlines” aviaşirkətinin 175 nömrəli reysi) həmin mərkəzin cənub qülləsinə çırpılıb. Məlum olduğu kimi, 93 nömrəli reys Şenksvil yaxınlığında yerə çırpılıb. Ehtimal edilir ki, bu hadisə terrorçularla təyyarəyə nəzarəti əldə saxlamağa cəhd göstərən sərnişinlər və heyət üzvləri arasında mübarizə nəticəsində baş verib.

Pentaqon Memorialında keçirilən qapalı tədbirdə ABŞ-ın vitse-prezidenti Mayk Pense də xanımı ilə birlikdə iştirak edib. Bu, 11 sentyabr terror hücumlarının qurbanlarına həsr edilmiş ilk memorial parkdır. Məlum olduğu kimi, 77 nömrəli reys 2001-ci il sentyabrın 11-də səhər saat 9:37-də Pentaqonun binasına çırpılıb, nəticədə təyyarədəki sərnişinlər və Pentaqonun işçiləri də daxil olmaqla 184 nəfər həlak olub (ümumiyyətlə 11 sentyabr terror hücumları nəticəsində 2977 nəfər və daha 19 terrorçu həlak olub). Faciə qurbanlarına həsr olunmuş memorialın tikintisi 2006-cı ildə başlanıb və 2008-ci ildə başa çatdırılıb. Pentaqon Memorialına hər il 250 minə qədər turist gəlir. Park həftənin bütün günləri açıqdır.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video