11 Sentyabr 2018 22:26
562
Təhsil
A- A+

Milix Yevdayev: Azərbaycanda İlahiyyat İnstitutunun yaradılması böyük uzaqgörənliklə vaxtında verilmiş qərardır


Azərbaycanda İlahiyyat İnstitutunun yaradılması böyük uzaqgörənliklə vaxtında verilmiş qərardır.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Azərbaycanda İlahiyyat İnstitutunun yaradılması ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə təsis edilib. Bununla da dövlətimizin başçısı dini radikalizm və ekstremizmə qarşı mübarizədə əsas vasitənin maarifləndirmə metodu olduğunu və gənclərin düzgün dini biliklərə yiyələnmələrinin vacibliyini diqqətə çatdırıb. "Bu, bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin əsas istiqamətlərinə uyğun olaraq multikultural dəyərlərin qorunması şərtilə dinə bağlılığın geniş yayılmasını təmin edəcək. Dünyada baş verən münaqişələrin bir hissəsinin dini zəmində olduğunu bilərək, dinin əsas mahiyyətini nəzərə almadan ondan öz maraqları naminə istifadə edənlər dini dəyərlərlə dünyəvi dəyərləri qarşı-qarşıya qoyurlar. Azərbaycan dini radikalizmin yayılmadığı ölkələr sırasındadır və bunun da əsas səbəbi dövlətin apardığı düzgün din siyasətidir. Azərbaycanda ekstremizmin sosial bazasının formalaşması üçün heç bir dayaq yoxdur. Bu səbəbdən də dünyada, o cümlədən Yaxın Şərqdə cərəyan edən münaqişələrə nəzərən ölkəmizdə ictimai-siyasi və dini durum sabitdir. Azərbaycanda mövcud tolerantlıq və multikultural mühit bütün dünyaya bəyan edir ki, dini və mədəni müxtəlifliyin harmoniyasına əsaslanan bir cəmiyyət yaratmaq mümkündür və həmin cəmiyyət yaşamağa qadirdir. Bunun ən yaxşı nümunəsi müasir müstəqil Azərbaycan Respublikasıdır”, – deyə M.Yevdayev vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video