Alternative content

18:27 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı metrosu qış qrafikinə keçir
Bakı metrosu qış qrafikinə keçir
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:22 11.09.2018

Bakı metrosu qış qrafikinə keçir.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yay mövsümünün başa çatması və xüsusən yeni tədris ilinin başlanması ilə Bakı Metropolitenində sərnişin axını intensivləşir, metro istifadəçilərinin sayı artır. Bununla əlaqədar metropolitendə hərəkət qrafiki mövsümün tələblərinə uyğun yenidən tərtib olunur və digər müvafiq tədbirlər görülür. QSC-nin sədri Zaur Hüseynovun əmri ilə sentyabrın 15-dən metropolitendə qatarların hərəkəti yenilənmiş qrafiklə tənzimlənəcək.

Yeni qrafikə uyğun olaraq, qatarların hərəkəti sıxlaşdırılaraq, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Payız-qış mövsümünün qrafikinə uyğun olaraq, iş günləri ərzində sərnişin hərəkətinin daha çox intensivləşdiyi səhər və axşamın gur saatlarında "Həzi Aslanov-28 May” və əksinə olmaqla qatarlar arasında interval 2 dəqiqə təşkil edəcək. Günün qalan vaxtlarında isə qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı axşamın gur saatlarından sonra qatarlar arasındakı fasilə 3 dəqiqə və daha çox olacaq. Bakı Metropoliteni xətlərinin xüsusiyyətləri nəzərə alınaraq, xətlərin ayrıldığı "28 May” stansiyasından "Dərnəgül” və "İçərişəhər” istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.

Qatarların "Bakmil” stansiyasından xəttə daxil olma və ya "Nəriman Nərimanov” stansiyasından xətdən çıxarılıb, depoya yola salınma ərəfəsində "Ulduz-Həzi Aslanov” sahəsində interval fərqi bir qədər arta bilər. Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur. Yeni qrafik 2019-cu ilin yay aylarına qədər qüvvədə olacaq.

Bakı Metropolitenində hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Tədris ilinin başa çatması və yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması ilə əlaqədar metropolitendə qismən yüngülləşdirilmiş qrafik tətbiq olunur.

Sərnişinlər qatarların "Bakmil” stansiyasına və əksinə hərəkət cədvəlləri ilə sentyabr ayının 15-dən "metro.gov.az” saytında tanış ola bilərlər. Bunun üçün saytın "Sərnişinlər üçün” bölməsində "Bakmil” stansiyasına (depoya) gedən qatarların hərəkət cədvəli”nə daxil olmaq lazımdır.