Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:55 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Korrupsiya dünya iqtisadiyyatına 2,6 trilyon dollarlıq ziyan vurub
Korrupsiya dünya iqtisadiyyatına 2,6 trilyon dollarlıq ziyan vurub
ANA SƏHİFƏ / DÜNYA
17:11 11.09.2018


Korrupsiya dünya iqtisadiyyatına 2,6 trilyon dollara başa gəlir. Bu isə qlobal ÜDM-nin 5 faizini təşkil edir. Bundan əlavə, münaqişələr şəraitində korrupsion sxemlər fəallaşır və özləri onların yaranmasına gətirib çıxara bilir. Bu mövzular ABŞ-ın təşəbbüsü ilə çağırılmış BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunmuşdur.

Təşkilatın mətbuat xidmətinin verdiyi məlumata görə, BMT-nin baş katibi Antoniu Quterriş bildirmişdir ki, korrupsiya ilə insan alveri, narkotika və silah ticarəti arasında əlaqə göz qabağındadır. Təhlükəsizlik Şurası və Baş Assambleya dəfələrlə korrupsiya, terrorizm və ekstremizm arasında qarşılıqlı əlaqəni etiraf etmişdir. Qanunsuz olaraq mənimsənilən vəsaitlər yeni cinayətlərin, o cümlədən ekstremizm və terrorizmin maliyyələşdirilməsinə yönəldilir.

Münaqişə zonalarında rüşvətxorluq xüsusilə yayılmışdır. Lakin Dünya Bankının hesablamalarına görə, dinc həyatda da hər il şirkətlər və ayrlı-ayrı adamlar ümumi miqdarı 1 trilyon dollar məbləğində rüşvət verirlər.

Quterriş vurğulamışdır ki, BMT-nin üzvləri korrupsiya ilə mübarizənin ön cəbhəsində olmalıdırlar. Onun dediyinə görə, antikorrupsiya komissiyalarının və prokurorluqların imkanlarını genişləndirmək son dərəcə vacibdir. Korrupsiya ilə mübarizədə uğur qazanmaq üçün digər şərtlər arasında müstəqil məhkəmə, söz azadlığı və korrupsiyanı ifşa edənlərin müdafiəsi göstərilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM