Alternative content

21:42 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nigeriyada partlayışda 35 nəfər həlak oldu
Nigeriyada partlayışda 35 nəfər həlak oldu
ANA SƏHİFƏ / DÜNYA
17:10 11.09.2018


Nigeriyanın mərkəzi hissəsində baş vermiş güclü partlayış nəticəsində 35 nəfər həlak olmuş, yüzlərlə adam yaralanmışdır. Hadisə Nasarava ştatında yanacaqdoldurma stansiyasının yaxınlığında baş vermişdir.

"RİA Novosti” agentliyinin xəbərinə görə, ölkənin paytaxtına aparan yolda yanacaqdaşıyan maşın qəza nəticəsində partlamışdır. Yerli xilasetmə xidmətinin direktoru Osman Əhməd bildirmişdir ki, ölənlərin əksəriyyəti nə baş verdiyinə baxmaq üçün hadisə yerinə gələnlərdir.