Alternative content

11:51 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşür
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşür
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:04 11.09.2018

Hazırda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarının (ATİAHİ) üzv təşkilatlarındakı 380 mindən çox üzvündən 130 min nəfərə yaxınını (34 faiz) 29 yaşadək gənclər təşkil edir. İttifaqın tərkibində olan 22 ali məktəb, 14 kollec, peşə məktəbi və liseylərdə 144 min 650 tələbə təhsil alır ki, onlardan da 80 minə yaxını ittifaqın üzvüdür. Bu baxımdan "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə sentyabrın 11-də ATİAHİ-nin Nabranda yerləşən "Təhsil” istirahət mərkəzində təşkil olunan "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının yeri və rolu” mövzusunda konfransda bildirilib.

Konfransa 19 ali təhsil müəssisəsinin 100-dən çox tələbəsi qatılıb.

ATİAHİ-nin sədr müavini Mirzə Cəfərzadə konfransda çıxış edərək Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi, layiqli vətəndaşlar kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkənin ictimai həyatının bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində də mühüm rol oynayır. Bunun özü Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Məhz dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar bu təbəqəni cəmiyyətdə aparıcı qüvvəyə çevirməkdədir.

Mirzə Cəfərzadə çıxışında qeyd edib ki, ATİAHİ Respublika Komitəsi tərəfindən gənclərlə iş bir neçə istiqamətdə aparılır. Bunlar gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, onlar arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, istedadlı gənclərin aşkara çıxarılması və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, elmə, təhsilə marağın artırılması, xalqımızın tarixinə, milli mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi, hərbi–vətənpərvərlik tərbiyəsi işinin aparılması və digər istiqamətlərdir.

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasətinin gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etdiyini deyib. Bildirib ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.

Seymur Orucov Prezidentin Sərəncamı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasının dövlətimizin gənc nəslin inkişafına diqqətinin parlaq ifadəsi olduğunu vurğulayıb. Bildirilib ki, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır.

Tədbirdə çıxış edən digər natiqlər də ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, gənclərin üzərinə düşən mühüm vəzifələri qeyd ediblər.

Konfrans çərçivəsində tələbələr arasında idman və intellektual yarışlar təşkil olunub.

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının yeri və rolu” mövzusunda konfrans sentyabrın 12-dək davam edəcək.