Alternative content

19:36 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Emmanuel Makronun populyarlıq reytinqi rekord minimuma enib
Emmanuel Makronun populyarlıq reytinqi rekord minimuma enib
ANA SƏHİFƏ / DÜNYA
17:01 11.09.2018

Fransa Prezidenti Emmanuel Makronun populyarlıq reytinqi onun prezidentliyi müddətində ən aşağı səviyyəyə enib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat "Odoxa” kompaniyasının keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

Sentyabrın 11-də dərc olunan sosioloji sorğunun yekunlarına əsasən, hazırda fransızların cəmi 29 faizi Makronun fəaliyyətindən razıdır. Bu göstərici yayın əvvəlindən bəri 12 faiz aşağı düşüb.

Sosioloqlar sentyabrın Makron üçün "qara” ay olduğunu və Yelisey sarayının sabiq əməkdaşı Aleksandr Benall ilə bağlı işin dövlət başçısına etimad səviyyəsinə nəzərəçarpacaq mənfi təsir göstərdiyini qeyd edirlər.

Xatırladaq ki, seçki kampaniyası zamanı Makronun təhlükəsizlik üzrə komandasına başçılıq edən və sonradan Yelisey sarayında işləyən Benall ətrafında qalmaqal bu ilin yay aylarında başlayıb. İyulda Fransa prokurorluğu onun barəsində ilkin təhqiqata start verib. Benall 2018-ci ilin mayında Parisdə keçirilən nümayişlər zamanı gənc oğlan və qızı döyməkdə şübhəli bilinir.

Eyni zamanda, ölkənin Baş naziri Eduar Filipin dəstək reytinqi də aşağı düşməkdə davam edir. Respondentlərin 64 faizi onun fəaliyyətini mənfi qiymətləndirir ki, bu da yayın əvvəli ilə müqayisədə 5 faiz çoxdur.

Sentyabrın 5-6-da keçirilən sorğuda mindən çox Fransa vətəndaşı iştirak edib.