Alternative content

09:58 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Windows”da təhlükəli boşluq aşkarlanıb
“Windows”da təhlükəli boşluq aşkarlanıb
ANA SƏHİFƏ / DÜNYA
16:57 11.09.2018

"Windows” əməliyyat sistemində "sıfır günü” (Zero Day) boşluğu aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "ESET” şirkətinin məlumatında deyilir.
Boşluqdan yararlanan cinayətkarların əməllərindən Rusiya, Polşa, Almaniya, Böyük Britaniya, ABŞ, Hindistan, Çili, Ukrayna və Filippin istifadəçiləri ziyan çəkib. "Zero Day” boşluğu "Windows” sisteminin 7-10-cu versiyalarına şamil edilir və işlərin planlaşdırılması funksiyası ilə əlaqədardır.

Boşluq eksploytu açıqlanandan sonra mütəxəssislər müəyyənləşdirib ki, onu məqsədli hücumlar üçün "PowerPool” kiberqruplaşması istifadə edir: hakerlər tərəfindən kod dəyişdirilib və təkrar kompilyasiya olunub. Cinayətkarlar yenilikləri izləyir və yeni eksploytları operativ tətbiq edir.

Bildirilir ki, əvvəlcə istifadəçiyə proqramı kompüterə quraşdıran və toplanan məlumatları hakerlərə ötürən zərərli məktub göndərilir. Kompüter cinayətkarları maraqlandıran zaman ona ikinci mərhələli bekdor quraşdırılır. "Zero Day” boşluğu hakerlər tərəfindən inzibatçılıq imkanlarının genişləndirilməsi üçün istifadə olunur.
"Zero Day” mühafizə mexanizmləri hazırda mövcud olmayan və ya boşluqları aradan qaldırılmayan zərərli proqramlar terminidir.