Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

18:07 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Boyun osteoxondrozu müalicəyə çətin tabe olan xəstəlikdir
Boyun osteoxondrozu müalicəyə çətin tabe olan xəstəlikdir
ANA SƏHİFƏ / Səhiyyə
16:54 11.09.2018

Elm və texnikanın sürətlə inkişafı, insanların tənbəlləşməsi, kompüter qarşısında saatlarla hərəkətsiz zaman keçirməsi bir sıra xəstəliklərin, xüsusən də boyun osteoxondrozunun artmasına səbəb olur.

Həkim-fitoterapevt Fizuli Hüseynov boyun osteoxondrozu barədə AZƏRTAC-a müsahibəsində deyib: "Baş-beyin orqanizmi idarə edən orqan olduğuna görə osteoxondroz nəticəsində onun qan dövranının zəifləməsi bütün bədənin işini pozur. Osteoxondroz nə qədər ağırlaşırsa, beyin qan dövranının pozulması əlamətləri–başgicəllənmə, ağrı, keyimə kimi hallar da o qədər çoxalır. Bəzən başgicəllənmə o dərəcəyə çatır ki, xəstə yolu düz gedə bilmir, başağrısı gün boyu davam edir. Boyun osteoxondrozunun daha da ağırlaşması nəticəsində bütün bədəndə, əsasən də ayaq və qollarda hissiyyatsızlıq və keyimə halları meydana çıxır”.

Həkim bildirib ki, boyun osteoxondrozu ağır xəstəlikdir və müalicəyə çətin tabe olur. Dərman preparatları və bitkilərlə aparılan müxtəlif müalicələr yalnız müvəqqəti nəticə verir. Xəstəlik zamanı fəqərə arasındakı qığırdaqlar tamamilə dağılır, fəqərələrin sümük səthləri bir-birinə toxunaraq zədələnir və bütün fəsadlar da bundan sonra başlayır.

F.Hüseynov xəstəliyin müalicə yolları barədə danışarkən bunları məsləhət görüb: "Boyun osteoxondrozunu aradan qaldırmaq üçün bir neçə təbii üsuldan istifadə olunur. Bu üsullardan qanalmanı və zəli qoymanı misal çəkmək olar. Zəli qoymazdan əvvəl qanın ümumi analizinə və qan laxtalanmasına diqqət yetirmək vacibdir. Bununla yanaşı təbii-müalicəvi otlardan da istifadə etmək olar. Misal üçün, eyni miqdarda öksəotu və sofora bitkiləri qarışdırılır. Bu qarışımdan hər gün iki xörək qaşığı üç stəkan su tutan termosda dəmlənir. Hazır məhlul iki ay müddətində gündə üç dəfə olmaqla yeməkdən əvvəl bir stəkan qəbul edilir.

Müalicə proseduru hər dörd aydan bir təkrar edilir. Boyun osteoxondrozunun daha bir səmərəli müalicəsi isə təzə andız köklərini ətçəkən maşından keçirilərək boyuna qoyulub bağlanılmasıdır. Andız kökünü iki gündən bir cəmi on dəfə qoymaq daha səmərəlidir”.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM