Alternative content

10:04 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağsunun dağ kəndinə təbii qaz verilib
Ağsunun dağ kəndinə təbii qaz verilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:53 11.09.2018

Ağsu rayonunun şimal dağlıq ərazisində yerləşən, 610 nəfər əhalinin yaşadığı Nuran kəndinə təbii qaz verilib. 144 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5 min 135 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 12 min 668 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə təbii qazın verilməsi ilə əlaqədar sentyabrın 11-də keçirilən mərasimdə rayon icra hakimiyyətinin və "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev mərasimdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahələrdəki sürətli inkişafdan, bölgələrdə, o cümlədən Ağsu rayonunda həyata keçirilən sosial layihələrdən danışıb. Vurğulayıb ki, Nuran kəndi rayonda təbii qazla təmin olunan 67-ci yaşayış məntəqəsidir və artıq bölgədə qazlaşdırma faizi 92,06 faizə çatıb.

Bildirilib ki, rayonun daha üç yaşayış məntəqəsi - Nüydü, Hinqar və Gürcüvan kəndləri də qazlaşdırılır və tikinti-quraşdırma işləri başa çatdırılıb. Hazırda sənədləşmə işləri aparılır. Yaxın vaxtlarda hər üç kəndə də təbii qaz veriləcək.

Açılış mərasimində kənd ağsaqqalı Sabir Məmmədov, ziyalı Lətif Hacıyev çıxış edərək bölgələrdə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.