Alternative content

19:06 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ Əfqanıstan, İraq və Suriyadakı əməliyyatlara 1,5 trilyon dollar xərcləyib
ABŞ Əfqanıstan, İraq və Suriyadakı əməliyyatlara 1,5 trilyon dollar xərcləyib
ANA SƏHİFƏ / DÜNYA
16:50 11.09.2018

ABŞ-ın Əfqanıstan, İraq və Suriyadakı hərbi əməliyyatları amerikalı vergiödəyicilərinə ümumilikdə 1,501 trilyon dollara başa gəlib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Pentaqonun məruzəsi əsasında CNBC telekanalı yayıb. Hesablamalar cari ilin mart ayının sonuna qədər olan müddəti əhatə edir.

Hərbi xərclərin böyük hissəsi İraqda keçirilən əməliyyatlara sərf olunub – təxminən 731 milyard dollar və ya ümumi məbləğin 49 faizi. Əfqanıstan müharibəsi 584,3 milyard dolara (ümumi məbləğin 39 faizi), bu ölkədə müharibənin hazırkı mərhələsi təxminən 134,3 milyard dollara başa gəlib. Ən az vəsait isə Suriyadakı kampaniyaya ayrılıb – təxminən 23,5 milyard dollar.

2001-ci ilin oktyabr ayında başlayan Əfqanıstan müharibəsi ABŞ Silahlı Qüvvələrinin bütün tarixi ərzində ən uzunmüddətli hərbi kampaniyadır. Hazırda bu ölkədə 14 min amerikalı hərbçi yerləşir. Müharibənin ən qızğın dövrünə təsadüf edən 2011-ci ildə ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin sayı 101 min nəfər idi.

ABŞ 2003-cü ilin martında Səddam Hüseyni devirmək məqsədi ilə İraqa müdaxilə edib, 2014-cü ilin sentyabr ayında isə Suriyada İŞİD qruplaşmasını bombalamağa başlayıb. Ümumilikdə 2 milyon amerikalı əsgər və zabit Əfqanıstan və İraq müharibələrindən keçib. Rəsmi məlumatlara əsasən, Pentaqonun bu kampaniyalarda, həmçinin İŞİD qruplaşması ilə mübarizədə itkiləri 6,8 min nəfərə çatıb, 52,3 min hərbçi isə yaralanıb.