11 Sentyabr 2018 16:48
802
PARLAMENT
A- A+

Milli Məclisin regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib


Sentyabrın 11-də Milli Məclisin regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Məclisin 2018-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən təşkilati işlər barədə hesabat dinlənilib.

Komitə sədri Arif Rəhimzadə bildirib ki, hesabat dövründə 3 iclas keçirilib, 4 məsələ müzakirə edilib. Bunlardan da biri qanun layihəsi olub. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim edilib, "Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasına uyğun olaraq demokratik quruluşun əsaslarından biri olan yerli özünüidarəetmənin inkişafı, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə mühüm tədbirlər görülüb, bir sıra normativ hüquqi aktlar qəbul edilib. Hesabat dövründə komitənin ünvanına daxil olan 159 müraciətə, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb və onlardan 99-u araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib.

A.Rəhimzadə komitənin 2018-ci ilin payız sessiyası üçün iş planından danışarkən bəzi qanunlara əlavə və dəyişikliklərin ediləcəyini deyib.
Deputatlar komitənin yaz sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirib, payız sessiyasının iş planını təsdiqləyiblər.
Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilib.

Əvvəlcə "Bələdiyyələrin status haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilmədiyi hallarda məsuliyyət məsələsini təmin etmək məqsədilə sənədin 4-cü maddəsinə bəzi dəyişikliklər edilməsi təklif olunur.
"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunda edilən dəyişikliyə əsasən sənədin 8-ci maddəsinin 2-ci bəndinin üçüncü abzasında "Bələdiyyələrin ərazisində” sözləri "Bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində” sözləri ilə əvəz ediləcək.

"Reklam haqqında” Qanunda dəyişikliklər edilməsi barədə 2017-ci il 17 noyabr tarixli Qanunun tətbiqi ilə əlaqədar "Yerli (bələdiyyə” vergilər və ödənişlər haqqında”, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, "Bələdiyyələrin statusu haqqında” qanunlarda bir sıra dəyişikliklər nəzərdə tutulur.
Sonra deputatlar gündəlikdəki məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video