11 Sentyabr 2018 16:47
397
DÜNYA
A- A+

Avstraliyada nadir qızıl külçələr tapılıb


Avstraliyanın qərbində mədənçilər tərkibində böyük miqdarda qızılın olduğu iki böyük daş parçası aşkar ediblər. Daşlardan hər birinin bir neçə milyon dollar dəyərində olduğu bildirilir.

"RNC Minerals” mədən şirkətinin məlumatına görə, 95 kiloqram ağırlığında olan birinci daş parçasında təqribən 2400 unsiya (70 kiloqramdan çox) qızıl var. Kalqurli yaxınlığında yerləşən həmin mədəndən ötən həftə təxminən 11 milyon dollar dəyərində qızıl çıxarılıb. Lakin şaxtaçıların son tapıntıları çox nadir hesab edilir.

Qızılaxtaranların qənaətinə görə, böyük daşın təqribi qiyməti 3 milyon dollar, 63 kiloqram (təqribən 1600 unsiya qızıl) ağırlığında olan ikinci daşın qiyməti isə 1,9 milyon dollardır.

Avstraliyanın Kertin Dağ-Mədən Universitetinin professoru Sem Spirinq bildirib ki, adətən avstraliyalı şaxtaçılar bir ton qayadan təqribən 2 kiloqram qızıl əldə edirlər. "Belə tapıntılara çox nadir hallarda rast gəlmək olar. Bu fenomenal və heyranedici tapıntıdır”, - deyə professor vurğulayıb.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video