Alternative content

23:56 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyədə PKK tərəfindən törədilən terror aktı nəticəsində 5 əsgər yaralanıb
Türkiyədə PKK tərəfindən törədilən terror aktı nəticəsində 5 əsgər yaralanıb
ANA SƏHİFƏ / DÜNYA
16:46 11.09.2018

Türkiyə-İran sərhədində xidmət aparan Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi maşının keçdiyi yolda partlayış baş verib.

AZƏRTAC Türkiyənin rəsmi mənbələrinə istinadla xəbər verir ki, Aralık rayonunun Ağrı dağı bölgəsində PKK terror qruplaşması tərəfindən yola basdırılan bombanın partlaması nəticəsində 5 əsgər yaralanıb. Yaralılar İğdır dövlət xəstəxanasına çatdırılıb.