11 Sentyabr 2018 16:44
270
DÜNYA
A- A+

Hindistanda avtobus qəzası: 32 nəfər ölüb, 30 sərnişinin taleyi məlum deyil


Hindistanın cənubunda yerləşən Telinqana ştatında zəvvarları daşıyan avtobusun dərəyə yuvarlanması nəticəsində azı 32 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, "Times of India” qəzetinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, avtobus sentyabrın 11-də səhər saatlarında Caqtyal dairəsində qəzaya uğrayıb. İçərisində 62 zəvvar olan avtobus dağ aşırımı ilə məşhur Kondaqattu məbədinə gedirmiş. Ehtimal edilir ki, sürücü idarəetməni itirib və avtobus 4 dəfə aşaraq uçuruma düşüb.

Hazırda hadisənin baş verdiyi ərazidə xilasetmə əməliyyatı aparılır. 30-a yaxın sərnişinin taleyi məlum deyil.

Avtomobil yollarında sıxlıq, yol örtüyünün pis vəziyyətdə olması və sürücülərin intizamsızlığı Hindistanda ağır yol-nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video