Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

23:06 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan dilinin orfoqrafiya qaydaları üçün əsas prinsip azərbaycançılıq təlimidir
Azərbaycan dilinin orfoqrafiya qaydaları üçün əsas prinsip azərbaycançılıq təlimidir
ANA SƏHİFƏ / Təhsil
15:26 11.09.2018

Ötən ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti "Yeni orfoqrafiya lüğətinin nəşrinin hazırlanması barədə” qərar qəbul edib. Bununla əlaqədar Orfoqrafiya Komissiyası yaradılıb. Komissiyanın tərkibinə müxtəlif qurumlardan 20-dək ziyalı və dilçi alim daxildir.

Orfoqrafiya Komissiyası sədrinin müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AZƏRTAC-a açıqlamasında komissiyanın fəaliyyəti barədə məlumat verib.

İ.Həbibbəyli bildirib ki, Orfoqrafiya Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu mütəmadi iclaslar keçirərək orfoqrafiya qaydalarını müzakirə edib. İşçi qrupu öz işini yekunlaşdıraraq Orfoqrafiya Komissiyasına təqdim edib. Azərbaycan dilinin Orfoqrafiya qaydalarına nəzərdə tutulan dəyişikliklərlə əlaqədar yekun iclasın keçirilməməsi yalnız Orfoqrafiya Komissiyası üzvlərinin iyun-avqust aylarında yay tətilində olması ilə əlaqədardır. Artıq komissiya üzvlərinin əksəriyyəti iş başındadır. Bu günlərdə Orfoqrafiya Komissiyasının iclasında Orfoqrafiya qaydaları müzakirəyə çıxarılacaq və bu məsələyə yekun vurulacaq. Ona görə də hələlik qaydalarla əlaqədar komissiya iclasının keçirilmədiyi, müzakirələrin aparılmadığı və hər hansı bir qərarın qəbul edilmədiyi halda mətbuat vasitəsilə cəmiyyətdə bu barədə ajiotaj xarakterli rəylər yaratmaq, narahatlıq ifadə etmək halları obyektiv reallıqları ifadə etmir, bəzi hallarda hətta təzyiq kimi səslənir.

Azərbaycan Respublikası Dövlət Dil Komissiyasına edilmiş müraciətdə ifadə olunan fikirlər, irəli sürülən təkliflər Orfoqrafiya Komissiyasında ölkəmizin nüfuzlu dilçi alimləri tərəfindən diqqətlə nəzərdən keçiriləcək və qərarların qəbul edilməsi zamanı ictimai rəy də əsas arqumentlərdən biri kimi nəzərə alınacaq. Çünki Orfoqrafiya Komissiyasında yaxşı başa düşülür ki, Azərbaycan dili təkcə elm adamlarının, yaxud dilçi alimlərin yox, bütövlükdə Azərbaycan xalqının milli sərvətidir. Müraciətdə bir neçə dəfə "xüsusilə 37-ci maddə” formatında vurğulanmış mülahizələrdəki narahatlığın səbəbləri bəlli olsa da, ümumiyyətlə "Qaydalar”dakı bəzi müddəalarının hələlik vaxtı çatmamış və ya Azərbaycan dilinin qrammatikasında ikili münasibət doğuran hallar kimi nəzərdən keçirilməsi tələb olunur.

Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan dilinin Orfoqrafiya qaydaları üçün əsas prinsip – azərbaycançılıq təlimidir. "Azərbaycan dilinin orfoqrafiya qaydaları” adlanan layihədə başqa meyillər axtarmaq tam məntiqsizdir, süni şəkildə çaşqınlıq yaratmaq məqsədi daşıyır.

Bütövlükdə 2018-ci ildə Orfoqrafiya qaydaları ətrafında aparılmış, səkkiz aydan çox davam edən müzakirələr geniş mənada ictimai və humanitar elmlərin, xüsusən də dilçilik elminin inkişafı üçün faydalıdır. Elm tariximizdə bu qədər fəal, ardıcıl, cəmiyyətin ən müxtəlif təbəqələrinin yaxından iştirak etdiyi müzakirələr nadir hallarda baş verib. Bu, müstəqillik qazanmış ölkəmizdə dövlət dilinə – ana dilinə olan böyük marağın, milli təəssübkeşliyin, vətəndaşlıq missiyasının aydın təzahürüdür. Orfoqrafiya Komissiyası qarşısında duran vəzifənin məsuliyyətini dərindən başa düşür, bu məsul işlə əlaqədar fikir və mülahizələrini bildirmiş bütün şəxslərə dərin hörmət və ehtiramını ifadə edir. Heç şübhə ola bilməz ki, qəbul ediləcək qərarlar da ilk növbədə Azərbaycan xalqının milli mənafeyinə və dövlətçilik maraqlarına, eyni zamanda, ictimai rəydəki narahatlığın aradan qaldırılmasına və dilçilik elminin inkişafına xidmət göstərəcək.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM