Alternative content

07:27 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Kənd təsərrüfatı üzrə peşə təhsili: Yeni ixtisasların yaradılması” layihəsinin nəticələri açıqlanıb
“Kənd təsərrüfatı üzrə peşə təhsili: Yeni ixtisasların yaradılması” layihəsinin nəticələri açıqlanıb
ANA SƏHİFƏ / Təhsil
15:26 11.09.2018

Sentyabrın 11-də Bakıda BP şirkəti ilə Təhsil Nazirliyimin birgə həyata keçirdiyi "Kənd təsərrüfatı üzrə peşə təhsili: Yeni ixtisasların yaradılması” layihəsinin nəticələrinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin inkişafına dəstək məqsədilə hazırlanmış və çap olunmuş 29 yeni dərslik və tədris materialları təqdim edilib.

BP-nin Azərbaycan, Gürcüstan, və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, yeni dərsliklər və tədris materialları yeni nəsil fermerlərin yetişməsi üçün çox faydalı olacaq.

Təhsil naziri Ceyhun Bayramov layihənin nəticələri barədə məlumat verib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Karol Krofts deyib ki, bu layihə ölkədə kənd təsərrüfatı üzrə peşə təliminin keyfiyyətliliyinin artırılması məqsədi daşıyır.