11 Sentyabr 2018 15:25
424
İQTİSADİYYAT
A- A+

Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3 milyondan çox sərnişinə xidmət göstərib


Cari ilin ilk 8 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 3,08 milyon sərnişinə xidmət göstərib.
Aeroportun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin analoji göstəricisindən 12 faiz çoxdur. Azərbaycan Hava Yolları (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 335 min sərnişin, milli loukoster "Buta Airways”in payına isə 305 min sərnişin düşüb.

İlin əvvəlindən etibarən 2 milyon 650 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL, 11 faizi isə "Buta Airways” avişaşirkətinin təyyarələri ilə daşınıb.

Avqust ayında beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və "Buta Airways” ilə yanaşı "FlyDubai”, "Turkish Airlines”, "Air Arabia”, "Aeroflot”, "UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), "Qatar Airways”, "Utair”, "Iraqi Airways”, "Lufthansa” və "S7 Airlines” daxil olub.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Antalya, Şarcə, Kiyev, Bağdad, Tehran, Bodrum və Tel-Əviv daxildir. Bu istiqamətlərə 328 min sərnişin uçub. Onlar cəmi 191 min sərnişinə xidmət göstərib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video