Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:43 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnnovativ inkişafın yaratdığı zərurət
İnnovativ inkişafın yaratdığı zərurət
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:09 11.09.2018

Bu həftədən etibarən vətəndaşlara yeni nəsil biometrik şəxsiyyət vəsiqələri təqdim olunacaq


- Salam, mən şəxsiyyət vəsiqəmi dəyişdirmək istəyirəm.
- Salam. Buyurun, sənədlərinizi təqdim edin. Yəqin məlumatınız var ki, artıq bu dəfə siz biometrik şəxsiyyət vəsiqəsi alacaqsınız!
- Xeyr. Məlumatım yox idi. Köhnə vəsiqədən çoxmu fərqlidir?
- Bəli. Bu vəsiqələrin əvvəlki vəsiqələrdən çox fərqi var. Yeni sənədlərdə fotoşəkil və başqa məlumatlarınızla yanaşı, sizin barmaq izi məlumatlarınız da olacaq. Bu da bəzi proseslərdə sizin işinizi çox asanlaşdıracaq. Həmçinin siz, biometrik şəxsiyyət vəsiqəsi vasitəsilə əksər dövlət qurumlarının elektron xidmətlərindən rahat yararlanacaqsınız. Vəsiqələrdən elektron sənədlərin imzalanmasında da istifadə edə biləcəksiniz. Yeni nəsil şəxsiyyət vəsiqəsi sizə çox yaxşı imkanlar verəcək.
- Əla, nə yaxşı yenilikdir... Belə başa düşdüm ki, bu vəsiqələr əvvəlkindən daha etibarlı olacaq.
- Bəli. Yeni vəsiqələrdə sizə aid daha çox məlumatlar öz əksini tapacaq.
- İndi, zəhmət olmasa, baş barmağınızı bu aparata toxundurun...İnşallah, yeni vəsiqəniz xeyirli olar.
- Təşəkkür edirəm...


İlk şəxsiyyət vəsiqəsinin verilməsindən 17 il ötür


Bu dialoqa 1 saylı "ASAN xidmət” mərkəzində yeni nəsil biometrik şəxsiyyət vəsiqələrinin verilməsi prosesini izləyərkən şahidlik etdik. 35 yaşı tamam olan Dilbər Hüseynova vəsiqəsini dəyişmək üçün mərkəzə müraciət edib.
Bu ayın ilk günündən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi prosesinə başlanılıb. Bizim də "ASAN xidmət” mərkəzinə gəlməkdə məqsədimiz həmin prosesi yaxından izləmək idi. Dilbərlə söhbətimizi yekunlaşdırıb yeni vəsiqələrin verilməsi prosesinə dair bəzi müşahidələr apardıq.
Ölkəmizdə istifadə olunan şəxsiyyət vəsiqələrinin hüquqi statusu 1994-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna əsasən müəyyənləşir və 2001-ci ildən etibarən verilir. Lakin müasir texnologiyanın inkişafı, tanıma cihazlarının, informasiya oxuyan vasitələrin yaradılması, elektron informasiya çeşidlərinin artması, elektronlaşan ictimai vasitələr sırasına şəxsiyyət vəsiqəsinin də əlavə edilməsinə zərurət yaradıb.
Prezident İlham Əliyev 8 fevral 2012-ci il tarixində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında fərman və bu istiqamətdə görülən tədbirlərin sürətləndirilməsi məqsədilə 28 noyabr 2014-cü il tarixində yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncam Azərbaycan vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi daşıyırdı.
Dövlət başçısının 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli fərmanı ilə ölkə vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanunun tətbiqi məqsədi ilə, şəxsiyyət vəsiqəsinin verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi, qüvvədən düşmüş hesab edilməsi və məlumatların şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi qaydaları müəyyən edildi.


Yeni nəsil şəxsiyyət vəsiqəsinin özəllikləri


Bu il isə şəxsiyyət vəsiqələrinin verilməsi prosesində bir ilk yaşandı. Sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə start verildi və həmin gün daxili işlər naziri Ramil Usubovla iqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi Prezident İlham Əliyevə təqdim edildi.
Xatırladaq ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.
Elektron daşıyıcısı olan yeni nəsil şəxsiyyət vəsiqələrinin bir özəlliyi də onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatların daxil edilməsidir. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin elektron sənədlərin imzalanmasında da istifadə ediləcək.


Vəsiqələr kimə veriləcək


Bir həftə ərzində təxminən 500-600 nəfər yeni vəsiqələr üçün müraciət edib. "ASAN xidmət” mərkəzinin mətbuat katibi Elnur Niftəliyev deyir ki, sentyabrın 1-dən Daxili İşlər Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlayıb və keçən bu müddət ərzində müraciət edən şəxslərin sənədləri toplanılıb: "Sentyabrın 11-12-dən etibarən yeni vəsiqələr vətəndaşlara təqdim ediləcək. Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün "ASAN xidmət” mərkəzlərində və Sumqayıt regional "ASAN xidmət” mərkəzində həyata keçirilir. Yaxın vaxtlarda isə digər regional "ASAN xidmət” mərkəzlərində də yeni nümunəli şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanılacaq”.
Onun sözlərinə görə, hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər və bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil. Yəni, əgər vətəndaşın köhnə vəsiqəsi varsa və onun etibarlılıq müddəti bitməyibsə, yeni biometrik şəxsiyyət vəsiqəsi ilə onu dəyişdirməyə lüzum yoxdur. Yalnız zəruri hallarda (etibarlılıq müddəti bitibsə, vəsiqə korlanıbsa, ünvan dəyişdirilibsə, ailə həyatı qurulubsa, sənəd itirilibsə və s.) bu imkandan yararlanmaq hüququ var.
Bəs, görəsən, yeni şəxsiyyət vəsiqələri ilə köhnə vəsiqələrin qiymətlərində fərq varmı?
Elnur Niftəliyev buna da aydınlıq gətirərək deyir ki, 15 yaşı tamam olmuş vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur. Belə ki, 10 gün müddətində yenə də 5 manat, 3 iş günü müddətində 25 manat, 1 iş günü müddətində isə 35 manat təşkil edir. 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunub. 10 gün müddətində 4 manat, 3 iş günü müddətində 20 manat, 1 iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib.
Yeni vəsiqələr hər kəsə xeyirli-uğurlu olsun!

Fərizə ƏHMƏDOVA,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM