Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

12:47 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
03:45 20.11.2018 ZƏFƏRLƏR PARTİYASI
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əsl müstəqil siyasətin nümunəsi
Əsl müstəqil siyasətin nümunəsi
ANA SƏHİFƏ / SİYASƏT
01:02 11.09.2018


İlham Əliyevin son rəsmi səfərləri Azərbaycanın dünyanın müxtəlif siyasi qütbləri ilə bərabərhüquqlu, milli maraqlarımızı təmin edən əməkdaşlığını nümayiş etdirdi


İnkişaf dinamikasına görə dünyada seçilən və Cənubi Qafqazda lider dövlət olan Azərbaycanın bütün sahələr üzrə əldə etdiyi nailiyyətlər genişmiqyaslı və sanballıdır. Məhz bu uğurlar ölkəmizin dünya birliyində böyük nüfuz qazanmasına, sivil və modern dövlətlərlə bir sırada dayanmasına zəmin yaradıb, respublikamızın beynəlxalq rəydə artan imicə malik olmasını təmin edib.


Xorvatiya ilə əlaqələr Azərbaycan-Aİ münasibətləri baxımından əhəmiyyətlidir


Bu gün respublikamızın qazandığı uğurları bütün dünya etiraf edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti ilə görüşən xarici ölkələrin rəsmiləri - dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, münasibətləri dərinləşdirməkdə maraqlı olduqlarını bəyan edirlər. Bu fikirlər bir neçə gün əvvəl Prezident İlham Əliyevin Xorvatiyada bu ölkənin rəhbərləri ilə keçirdiyi görüşlərdə bir daha səsləndi.

Həm Azərbaycanı, həm də Xorvatiyanı müstəqilliyə aparan yollar rahat olmayıb. Hər iki ölkə bunun üçün qurbanlar verib. Müstəqillik illərində isə iki dövlətin diplomatik münasibətləri 1995-ci ilin yanvarında qurulub. 2005-ci ildən Azərbaycanla Xorvatiya arasındakı münasibətlərdə xüsusi fəallıq müşahidə olunub, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Ötən 13 ildə bu ölkələrin dövlət başçıları bir neçə dəfə qarşılıqlı səfərlər ediblər. Məhz dövlət başçılarının gərgin əməyinin nəticəsi olaraq ölkələrimizin əlaqələri yeni - dinamik inkişaf mərhələsinə qədəm qoyub, münasibətlər bir çox mühüm sferaları əhatə etməyə başlayıb.

Xorvatiya ilə əlaqələr həm də Azərbaycan-Avropa İttifaqı münasibətləri baxımından diqqəti cəlb edir. Xatırladaq ki, Xorvatiya 2009-cu ildən NATO-nun, 2013-cü ildən isə Avropa İttifaqının üzvüdür. Dost ölkə kimi Xorvatiya hər zaman Azərbaycanın Avropa təşkilatları ilə əlaqələrinin inkişafına dəstək verib. Təsadüfi deyil ki, Prezident Kolinda Qrabar-Kitaroviç Azərbaycanı NATO-nun mühüm tərəfdaşı adlandırdı. Ümumiyyətlə, Prezident İlham Əliyevlə keçirilən görüşlərdə Azərbaycanın Əfqanıstanda "Qətiyyətli dəstək” missiyasında iştirakının önəmi qeyd olundu, ölkəmizin Avropa İttifaqı ilə uğurlu əməkdaşlıq etdiyi bildirildi.

Azərbaycanın Aİ ilə əlaqələri son illərdə uğurla inkişaf edir. Bunu 2018-ci ildə baş vermiş bəzi hadisələr də təsdiq edir. Məsələn, Prezident İlham Əliyevin bu ilin iyul ayında Brüsselə səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında paraflanan "Tərəfdaşlıq prioritetləri” sənədi rəsmi Bakının həm uğurlu, həm də müstəqil xarici siyasətinin növbəti təsdiqi idi. "Tərəfdaşlıq prioritetləri” sənədi Azərbaycan-Aİ əməkdaşlığının davamı olaraq münasibətlərdə yeni səhifə açır. Sənəddə qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Aİ tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Bir sıra mühüm məsələlərin yer aldığı sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb. Bütövlükdə bu sənəd ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar yaradır.

Azərbaycan-Aİ münasibətlərinin bir istiqamətini isə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təşkil edir. Aİ rəhbərliyi Bakının enerji sahəsində əməkdaşlıqdakı qətiyyətini, əzmini, tərəfdaşlığa olan sadiqliyini daim yüksək qiymətləndirir. Bu il açılışı olan "Cənub qaz dəhlizi” layihəsinə Aİ ilk gündən böyük siyasi dəstək verib.

Azərbaycanın Aİ üzvü olan ayrı-ayrı ölkələrlə də əlaqələri sürətlə inkişaf edir. Hətta bu əlaqələr bəzi dövlətlərlə strateji mahiyyət daşıyır. Xorvatiya da həmin dövlətlərdən biridir. Hələ 2013-cü ildə "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi” imzalanıb. Xatırladaq ki, artıq Azərbaycanla Aİ üzvü olan 11 ölkə arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Bütün bunlar Aİ ilə Azərbaycan arasında gələcək illər üçün strateji əməkdaşlığı müəyyən edəcək yeni sazişin imzalanması üçün gözəl əsas yaradır.


Azərbaycan-Rusiya əlaqələri bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır


Dəyişən və kəskinləşən dünya nizamı beynəlxalq münasibətlər sistemində öz yeri olan hər bir ölkə qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələrin yerinə yetirilməsində ən mühüm amillərdən biri sözsüz ki, xarici siyasətin qarşısında dayanan priortetlərin yerinə yetirilməsidir. Lakin hazırkı vəziyyət hər ölkəyə müstəqil və milli maraqlara uyğun xarici siyasət yürütməyə imkan vermir. Bəzən isə onlar həyata keçirdikləri siyasəti kənar təsirlərlə uzlaşdırmaq, müəyyən diktələri qəbul etmək məcburiyyətində qalır. Məsələn, Ermənistan heç vaxt müstəqil siyasət yürüdə bilməyib. Bu ölkənin yeni baş naziri nə qədər çalışsa da, görünən odur ki, xarici siyasətini kənar diktələrə uyğun qurmalı olacaq.

Azərbaycanın isə tamamilə müstəqil, öz milli maraqlarını təmin edən siyasət yürütməsi respublikamızı beynəlxalq nüfuz baxımından xarakterizə edən ən əsas keyfiyyətlərdən biridir. Ölkəmiz dünyanı düşündürən aktual, qlobal narahatlıq doğuran bütün məsələlərdə özünün qətiyyətli və cəsarətli mövqeyini ortaya qoyur. Ən mühümü odur ki, rəsmi Bakı müxtəlif siyasi qütblərdə dayanan bütün dövlətlərlə fəal, bərabərhüquqlu, mili maraqları təmin edən əməkdaşlıq edir. Prezident İlham Əliyevin bu günlərdə Rusiyaya etdiyi rəsmi səfər və Soçidə Prezident Vladimir Putinlə apardığı danışıqlar bir daha bunu təsdiq etdi.

Fövqəldövlət kimi bir statusa malik Rusiyanın beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və çəkisi var. Azərbaycan və Rusiya arasında həmişə qarşılıqlı anlaşma mühiti hökm sürüb. Rəsmi Bakı Moskva ilə münasibətlərdə özünü Rusiya ilə strateji tərəfdaş hesab edən Ermənistandan fərqli olaraq milli maraqlarını həmişə gözləyir və təmin edir. Prezident Vladimir Putin də bildirib ki, münasibətlər bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır: "Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır”.

Son illərdə iki ölkə arasında əlaqələr yüksələn xətt üzrə sürətlə inkişaf edir, dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın genişlənməsinə güclü təkan verir. Hər bir səfər münasibətlərin strateji və dostluq xarakterini təsdiqləyib. Prezident İlham Əliyevin Rusiyaya son rəsmi səfəri də bir daha göstərdi ki, Azərbaycanla Rusiya arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələdə uğurla inkişaf edir. İki ölkə arasında münasibətlər səmimi, etibarlı və möhkəmdir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM