11 Sentyabr 2018 00:41
424
SİYASƏT
A- A+

Qırğızıstan KİV-i Prezident İlham Əliyevin Çolpon-Ata şəhərinə səfərini geniş işıqlandırıb


Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın Çolpon-Ata şəhərinə səfəri, Prezident Sooronbay Jeenbekov ilə görüşü, Çingiz Aytmatov adına "Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində iştirakı və çıxışı ölkənin nüfuzlu kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Yazılarda Azərbaycanın və Qırğızıstanın dost və qardaş ölkələr olduğu vurğulanır, əməkdaşlığın ölkələrimiz və xalqlarımız üçün səmərəli olduğu bildirilir.

Qırğızıstanın telekanalları və böyük oxucu auditoriyasına malik olan sayasat.kg portalı, Qırğızıstan Hökumətinin rəsmi saytı - gov.kg, kabar.kg, kaktus.media, vesti.kg, 24.kg, sputnik.kg, kginform.com, Qırğız Respublikası Prezidentinin rəsmi saytı - president.kg, stanradar.com, İctimai Teleradio Yayım Korporasiyasının rəsmi saytı, ktrk.kg, akipress.org, bulak.kg, kabarlar.kg, asiatv.kg portalları səfər haqqında silsilə materiallar yayıb.

Qırğızıstanın dövlət qəzetləri olan "Qırğız tuusu” ("Qırğız sözü”) və "Slovo Kırqızstana”da, populyar "Veçernıy Bişkek” qəzetində də səfərlə bağlı geniş məqalələr dərc olunub.

Yazılarda Prezident Sooronbay Jeenbekovla görüşdə Prezident İlham Əliyevin sözlərindən sitat gətirilib: "Biz Qırğızıstanla əməkdaşlığa mühüm əhəmiyyət veririk. Əməkdaşlığı bütün istiqamətlər üzrə - həm siyasi, həm də iqtisadi sahələrdə artırmaq niyyətindəyik”. Dövlətimizin başçısının sammitdəki çıxışından da fikirlərə yer verilib: "Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır. Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır”. Qeyd edilir ki, Azərbaycan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvlərini Türk Şurası çərçivəsində regional təhlükəsizlik məsələlərini müzakirə etməyə çağırıb.

Qırğızıstan mətbuatı yazır ki, İlham Əliyev sammitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Dövlət başçısı deyib: "Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır, hərbi cinayətlər, Xocalı soyqırımı törədilmişdir. Bu gün 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyır. Bir gecədə 600-dən çox günahsız insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir, mindən çox insan itkin düşüb”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video