11 Sentyabr 2018 00:39
625
Təhsil
A- A+

İsmayıllı təhsili nümunəviliyi ilə seçilir


Ali məktəblərə qəbul olunan, tələbə adı qazanan gənclərin şərəfinə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Təhsil bayramı” qeyd olunmuşdur. Tədbir qardaşlaşmış şəhərlərdən gələn qonaqların, elm adamlarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə "Röya” şadlıq sarayında keçirilmişdir.

Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğıdan, Lahıcın timsalında İsmayıllı ziyalılarına, ailmlərinə, elm adamlarına verdiyi qiymətdən danışmışdır.

M.Sadıqov ali məktəblərə qəbul olunanları təbrik etmiş, 700 bal toplayana, qızıl və gümüş medal alanlara xüsusi hədiyyələr, 600-dən çox və 500-600 arası bal toplayan tələbələrə pul mükafatları təqdim olunmuşdur.

Daha sonra çıxış edənlər İsmayıllı təhsil sisteminin ildən-ilə artan uğurlarından danışıblar. O, tələbə adı qazanan gənclərə uğurlar arzulayıb.

Tədbirdə 600-dən yuxarı bal toplayan 37 nəfər tələbəyə hədiyyə verilmişdir.

Tədbir rayonun bədii özfəaliyyət kollektivinin ifasında şən mahnılar və rəqslərlə davam edib.


Ə.SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video