"Azercell Telekom” tərəfindən ölkəmizdə gənclər üçün sahibkarlıq mühitinin inkişafına dəstək məqsədilə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir yerli startapın fəaliyyətinə təkan vermis oldu.
Onbranch startapının təqdim etdiyi yeni layihəyə əsasən, Azercell şirkətinin "GəncOl!” loyallıq proqramı Onbranch mobil tətbiqinə inteqrasiya ediləcək. Beləliklə, "GəncOl!” abunəçiləri Onbranch tətbiqini yükləməklə yaxınlıqda olan endirimlər və aksiyalar barədə dərhal məlumat ala biləcəklər. Bununla yanaşı, abunəçilər üzv olduqları "GəncOl!” platforması ilə daha sıx və faydalı təması məhz Onbranch üzərindən qura biləcəklər. Startapın texniki imkanları vasitəsilə loyallıq sisteminin daha çevik, effektiv və əlçatan olması nəzərdə tutulur. Mobil tətbiq vasitəsilə loyallıq proqramına qoşulmaq və sərfəli endirimlərdən yararlanmaq üçün "GəncOl!” tarifinin abunəçiləri https://onbranch.com/gencol linkinə daxil ola bilərlər.
Xatırladaqki, Onbranch "Baku Business Factory”nin dəstəklədiyi layihələrdən biridir və "Azercell Telekom”un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bank, Patent və Əmtəə Nişanları Mərkəzi, İsveçrənin Azərbaycandakı səfirliyi, eləcə də ADA Universitetinin dəstəyi ilə keçirilən "Seedstars World” müsabiqəsinin qalibi elan olunaraq Azərbaycanın ən yaxşı startapı seçilib.
"Azərbaycan”