Alternative content

12:33 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsmayıllıda fındıq yığılır
İsmayıllıda fındıq yığılır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:30 11.09.2018


Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, İsmayıllıda fındıq bağlarının sahəsi 1615,7 hektara çatıb. Bu bağlardan 87 hektarı bar verəndir.

Fındıq yığımında bütün təbii iqlim şəraitinə malik olan, yetişdirilən məhsullarının öz dadı və keyfiyyəti ilə seçilən Topçu, Qurbanəfəndi ərazi vahidləri, habelə İsmayıllı şəhəri və ətraf ərazilər öndə gedir.

Qeyd edək ki, bölgədə bu il bağlardan 310 ton fındıq gözlənilir. Bu da ötən il istehsal olunan məhsuldan 50 ton artıqdır. Artıq 100 tondan çox fındıq yığılaraq təhvil verilib.

"Azərbaycan”