10 Sentyabr 2018 23:50
574
DÜNYA
A- A+

BMT: Cari ilin sonunadək silahlı münaqişə zonalarında 590 min uşaq aclıqdan ölə bilər


BMT-nin illik ərzaq təhlükəsizliyi hesabatına görə, cari ilin sonunadək silahlı münaqişə zonalarında 590 min uşaq aclıqdan ölə bilər.

AZƏRTAC "The Guardian” qəzetinə istinadla xəbər verir ki, "Uşaqları qoru” beynəlxalq təşkilatı silahlı münaqişə zonalarında aclıq amilini "yeni silah” adlandırıb. BMT-nin hesabatında bildirilir ki, xeyriyyə məqsədləri üçün ayrılan 4,5 milyon dollar son illər ən təhlükəli münaqişə zonalarında 20 faiz artan aclığın qarşısının alınması üçün yetərli deyil. Bu vəsait orta hesabla uşaqların üçdəbirinin müalicəsinə və qidalanmasına sərf olunur, qalan 590 min azyaşlı isə ölüm təhlükəsi qarşısındadır. Təşkilat bu silahlı münaqişələr və iqlim dəyişiklikləri nəticəsində yaranan vəziyyəti 2000-ci ildən bəri ən acınacaqlı fəlakət kimi qiymətləndirib.

"Uşaqları qoru” təşkilatının icraçı direktoru Kevin Vatkins deyib: "Hazırda Yəməndən Cənubi Sudanadək silahlı münaqişə tərəflərinin aclıq amilindən müharibə silahı kimi istifadə etməsinin ən böyük zərbəsi uşaqlara dəyir. Digər tərəfdən, münaqişə zonalarına humanitar yardım göstərən donorların sayı da azalıb. Konqo Demokratik Respublikasında isə aclıqdan əziyyət çəkən uşaqlara göndərilən ərzaq yardımı ünvanına çatmayıb. Bu ölkədə 1,9 milyon azyaşlı kəskin qida çatışmazlığından əziyyət çəkir və onların 300 mini ilin sonunadək ölə bilər”.

Hesabatda qeyd olunur ki, uşaqların kəskin qida çatışmazlığı ən çox Sudan, Əfqanıstan, Yəmən və Somalidə mövcuddur. Vatkinsin sözlərinə görə, ən çox humanitar yardım göndərilən Yəməndə də 400 min uşaq yetərincə qidalana bilmir. Təşkilatın baş katibi əlavə edib ki, 2017-ci ildə silahlı münaqişə zonalarında humanitar yardım karvanlarını əngəlləmək üçün BMT əməkdaşlarına 1460 dəfə hücum edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video