Alternative content

04:10 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çexiyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
Çexiyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
ANA SƏHİFƏ / SİYASƏT
20:23 10.09.2018

Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 10-da Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Milan Ekert ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Milan Ekerti ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik edib.

Səfir Milan Ekert etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Diplomat fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında ənənəvi dostluq münasibətlərinin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb. O, Azərbaycanın regionda Çex Respublikasının strateji və etibarlı tərəfdaşı olduğunu vurğulayıb.

Görüş əsnasında Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib. Ölkələrimiz arasında iqtisadi-ticarət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilib. Həmçinin fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin ikitərəfli ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Nazir Elmar Məmmədyarov səfir Milan Ekertə fəaliyyətində uğurlar arzu edib.