Alternative content

05:35 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğradı
Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğradı
ANA SƏHİFƏ / DÜNYA
18:14 10.09.2018

Cənubi Sudanda Yirol gölünün üzərində sərnişin təyyarəsi qəzaya uğramışdır. Nəticədə 21 nəfər həlak olmuşdur. Bu barədə "Assoşieyted Press” agentliyi xəbər verir.

Dəqiqləşdirilmiş məlumata görə, təyyarədə 24 nəfər olmuşdur. Üç sərnişin sağ qalmışdır. Onlar 6 yaşlı uşaq, kişi və ağır yaralanmış italiyalı həkimdir.

Təyyarə Cənubi Sudanın paytaxtı Cubadan Yirol şəhərinə uçurmuş. Ehtimal olunur ki, qəza laynerin həddən artıq yüklənməsi üzündən baş verə bilərdi. Belə ki, təyyarənin maksimal tutumu 19 nəfər idi.