Alternative content

05:04 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsveçdə parlament seçkilərində sosial-demokratlar qalib gəldilər
İsveçdə parlament seçkilərində sosial-demokratlar qalib gəldilər
ANA SƏHİFƏ / DÜNYA
18:13 10.09.2018

İsveçdə keçirilmiş parlament seçkilərində Sosial-Demokrat Fəhlə Partiyası qələbə qazanmışdır. İkinci yeri sağçı "Mötədil partiya”, üçüncü yeri sağçı populist "İsveç demokratları” partiyası tutmuşdur. Bu barədə "Alman dalğası” radiostansiyası xəbər verir.

Məlumata görə, sosial-demokratlar 28,4 faiz səs toplamışlar. Bu, son 100 il ərzində partiya üçün ən pis nəticədir. Sosial-demokratlar xeyli mandat itirmişlər.

"Mötədil partiya”ya seçicilərin 19,8 faizi səs vermişdir. Öz növbəsində populistlər 17,6 faiz səs toplamışlar. Bu isə "İsveç demokratları”nın tarixində ən yaxşı nəticə olmuşdur.

Ekspertlər güman edirlər ki, ənənəvi bloklardan heç biri parlamentdə çoxluq təşkil etmədiyindən, habelə sağ populistlərlə koalisiya yaratmaq istəmədiyindən bu dəfə hökumətin formalaşdırılması xüsusilə çətin olacaq.

Qeyd edək ki, antiavropa mövqeyi ilə tanınan "İsveç demokratları” 2014-cü ildə populyarlaşmağa başlamışdır. Partiya miqrasiya siyasətini sərtləşdirməyə tərəfdardır.