Alternative content

01:46 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rəqqədə komendant saatı tətbiq olundu
Rəqqədə komendant saatı tətbiq olundu
ANA SƏHİFƏ / DÜNYA
18:12 10.09.2018

PKK-nın Suriyadakı qanadı olan YPG terrorçuları ötən ilin oktyabrında ABŞ-ın dəstəyi ilə ələ keçirdikləri Rəqqə şəhərinin ərazisində komendant saatı tətbiq etmişlər. Yerli mənbələrin məlumatına görə, terrorçular dinc əhalinin artan narazılığının qarşısını almağa və YPG/PKK ekstremistlərinə silahlı hücumların sayını azaltmağa çalışırlar. Komendant saatı "terrorçuluğa qarşı mübarizə” bəhanəsi ilə tətbiq olunur.
Terrorçular əhalinin giriş-çıxışına qadağa qoymuşlar. Eyni zamanda əhalinin Rəqqədəki məscidlərə getməsinə icazə verilmir. Sakinlər maksimum iki saat küçədə ola bilərlər.
Son üç gün ərzində azı 150 dinc sakin saxlanmış, 2 nəfər öldürülmüşdür. Şəhərdə humanitar vəziyyət pisləşir.
YPG/PKK terrorçuları İŞİD terrorçuları ilə döyüşlərdə ələ keçirdikləri evlərə əhalinin qayıtmasına imkan vermirlər. Şəhər praktiki olaraq xarabalığa çevrilmişdir. Əhali öz səyləri hesabına bir vaxtlar Suriyanın iri şəhəri olmuş Rəqqədə həyat üçün minimal şərait bərpa etməyə çalışır.