Alternative content

09:57 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İŞİD Kabildə terror aktına görə məsuliyyəti üzərinə götürdü
İŞİD Kabildə terror aktına görə məsuliyyəti üzərinə götürdü
ANA SƏHİFƏ / DÜNYA
18:12 10.09.2018

İŞİD terrorçu qruplaşması Əfqanıstanın paytaxtı Kabildə baş vermiş terror aktına görə məsuliyyəti üzərinə götürmüşdür. Bu barədə 1TV telekanalı xəbər verir.
Srağagün Əfqanıstanın milli qəhrəmanı Əhməd Şah Məsudun ölümünün ildönümünə həsr olunmuş nümayiş zamanı intiharçı-terrorçu özünü partlatmışdır. Hadisə paytaxtın Taymani rayonunda baş vermişdir.
Kabil polisinin nümayəndəsi Həşmət Stanikzayın dediyinə görə, terrorçu motosikllə hərəkət edərkən partlayıcı qurğunu işə salmışdır. Son məlumata görə, partlayış nəticəsində 7 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.
"TOLO News” telekanalının xəbərinə görə, partlayışdan əvvəl asayiş keşikçiləri ABŞ-ın Kabildəki səfirliyinin yaxınlığında nümayişçilər arasında terror aktı törətmək istəyən daha bir intiharçını zərərsizləşdirmişlər.