Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:52 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 51 santimetr azalıb
Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 51 santimetr azalıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:58 10.09.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-55, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 94 kubmetr təşkil etməklə ongünlük normanın 77 faizinə bərabərdir. 2017-ci ildə isə bu rəqəm saniyədə 70 kubmetr olmaqla ongünlük normanın 58 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 71 kubmetr olmaqla ongünlük normanın 97 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 10,5 kubmetr təşkil edərək ongünlük normanın 14 faizinə bərabər olub.

Sentyabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 4, Salyan məntəqəsində 2, Bankədə 5 santimetr artım, Araz çayının Novruzlu məntəqəsində 51 santimetr azalma qeydə alınıb, Surra məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 339 (2017-ci il sentyabrın 10-da 324 sm), Şirvanda 195 (2017-ci il sentyabrın 10-da 213 sm), Salyanda 135 (2017-ci il sentyabrın 10-da 137 sm), Bankədə 187 (2017-ci il sentyabrın 10-da 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 31 santimetr (2017-ci il sentyabrın 10-da 60 sm) təşkil edir.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM