Alternative content

22:25 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ADA Universitetinin müəllim və tələbələri şərəf andı içib
ADA Universitetinin müəllim və tələbələri şərəf andı içib
ANA SƏHİFƏ / Təhsil
17:57 10.09.2018

Sentyabrın 10-da ADA Universitetinin müəllim və tələbələrinin şərəf andını içməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, bu tədris ilində Şərəf məcəlləsini yeni qəbul edilən 540 bakalavr, 130 magistr, 35 müəllim imzalayıb.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbir ADA Universitetində təhsil alan tələbələrin öz ölkələrinin bayraqlarını səhnəyə gətirmələri ilə davam edib.

Şərəf məcəlləsi beş akademik əxlaq və dürüstlük prinsipindən ibarətdir: "Yalan danışma! Aldatma! Plagiatlıq etmə! Ayrı-seçkilik salma! Bu prinsipləri pozmaqda başqalarına yardım etmə!”. ADA Universitetinin fəlsəfəsi akademik əxlaq və dürüstlüyün sanksiya, qadağa və hədələrin tətbiqi ilə deyil, bu dəyərləri yüksək tutan akademik mədəniyyətin aşılanmasına arxalanır. Bir qayda olaraq, tədris ilinin əvvəlində yeni tələbələr akademik əxlaqın dünyada ümumi qəbul edilmiş standartları barədə maariflənmək üçün dekanları və müəllimləri ilə müzakirə panelləri keçirirlər.