Alternative content

03:28 19 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
00:58 19.04.2019 Sözünə sadiq PREZİDENT
00:55 19.04.2019 1001-ci...
00:46 19.04.2019 NİYƏ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Erməni generala Rusiyada siyasi sığınacaq verilə bilər
Erməni generala Rusiyada siyasi sığınacaq verilə bilər
ANA SƏHİFƏ / DÜNYA
17:54 10.09.2018

Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Mikael Arutyunyana Rusiyada sığınacaq verilə bilər.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu jurnalistlərə "Daşnaksutyun” partiyasının Ermənistan parlamentindəki fraksiyasının sədri, deputat Armen Rustamyan bildirib. Onun sözlərinə görə, Moskvanın atacağı bu addım erməni generalın əleyhinə açılacaq cinayət işinə etiraz əlaməti olacaq.

Deputat əlavə edib: "Bu, çox ciddi məsələdir və ağır nəticələr doğura bilər. Heç bir ölkə başqa dövlətin vətəndaşına boş yerə siyasi sığınacaq vermir”.

Xatırladaq ki, Arutyunyan 2008-ci il seçkilərindən sonra keçirilmiş etiraz mitinqləri zamanı Konstitusiya quruluşunu pozmaqda ittiham olunur və beynəlxalq axtarışa verilib. Hazırda Rusiya ərazisində olan generalın Ermənistana təhvil verilməsi üzrə müraciətlərin nəticəsiz qaldığı bildirilir. Bu yaxınlarda RF hüquq-mühafizə orqanlarının Ermənistan polisinə göndərdiyi məktubda məlumat verilib ki, Arutyunyanın axtarışları dayandırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM