Alternative content

08:15 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək
Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:56 10.09.2018

Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 5-dən 28-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ("A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) ünvanında arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək.

AZƏRTAC xəbər verir ki, yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.

Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək:

Lənkəran iqtisadi rayonu üzrə - 15-18 sentyabr

Aran iqtisadi rayonu üzrə - 19-21 sentyabr

Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-24 sentyabr

Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 25-27 sentyabr

Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 28 sentyabr

Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr

Naxçıvan iqtisadi rayonu üzrə - 30 sentyabr

Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə - 30 sentyabr.

Eyni zamanda, şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

Əlaqə telefonları: 1652 (Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi), (012) 498-16-38, 598-33-32.