Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

23:02 12 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Normadan az və çox yatmaq sağlamlıq problemləri yaradır
Normadan az və çox yatmaq sağlamlıq problemləri yaradır
ANA SƏHİFƏ / Təhsil
14:12 10.09.2018

Normal yata bilməmək böyük problemlər doğurur. Alimlərin araşdırmasına görə, hər gün minimum altı saat yatmaq lazımdır. Çünki yuxu enerjini artırır, stressi azaldır və sağlamlığın qorunub saxlanılmasına kömək edir.

AZƏRTAC Rusiyanın mhealth.ru saytına istinadla xəbər verir ki, normal yuxu tsikli minimum altı, maksimum doqquz saat olmalıdır. Həmin dövrdə insan orqanizmində müəyyən müsbət mübadilə prosesləri gedir. Normal yuxunun zehnə və fiziki əmək fəaliyyətinə böyük təsiri var. Normal yatmayanlarda əsəb gərginliyi, süstlük, diqqət pozğunluğu və baş ağrısı meydana çıxa bilər.

Az yatmaq qədər çox yatmaq da bir sıra sağlamlıq problemləri yaradır. Uzunmüddətli yuxu ürək-qan-damar sisteminin pozulması və infarkta səbəb ola bilər. Eyni zamanda depressiya riski yüksək olur, intellekti zəiflədir, hamilə qalmağı çətinləşdirir, şəkər xəstəliyinə tutulmaq riskini artırır, kökəlməyə səbəb olur, ürəyə ziyan verir.

Sutkada 10-12 saat və daha artıq yatmaq orqanizmdə bir sıra proseslərin ləngiməsinə səbəb olur, eyni zamanda süstlük və fikrin cəmlənməsində problemlər yaradır.

Yatmağın orqanizmə təsirindən danışarkən yuxugörməni də qeyd etmək lazımdır. Belə ki, bəziləri gördükləri yuxulara görə hərəkət edir, enerjili və ya kefsiz olur. Bütün bunları nəzərə alanda yuxunun da sağlamlığa böyük təsir göstərdiyini qeyd etmək olar. Mütəxəssislərin fikrincə, yuxu insan psixologiyasına təsir etdiyi üçün yuxulara etinasız qalmaq da düzgün deyil.

Yuxu görüb-görməməkdən asılı olmayaraq normal yuxu rejimi yatıb sağlam və gümrah yaşamağa çalışmaq lazımdır.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM