10 Sentyabr 2018 14:05
465
İQTİSADİYYAT
A- A+

Ağsuda ilk pambıq karvanı qəbul məntəqələrinə yola salınıb


Ağsu rayonunda bir neçə gündür ki, kütləvi pambıq yığımına başlanılıb və sentyabrın 10-da ilk pambıq karvanı qəbul məntəqələrinə yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, lafet karvanının yola salınması təntənəli mərasimlə qeyd edilib. Rayon rəhbərlərinin, fermerlərin, torpaq mülkiyyətçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, "P.Aqro” MMC-nin baş aqronomu Çingiz İsrafilov, fermer Hacağa Hüseynov və başqaları mühüm strateji sahə olan pambıqçılığın inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrlə bağlı görülən işlərdən, qarşıda duran vəzifələrdən, bu sahəyə göstərilən dövlət dəstəyindən danışıblar.

Bildirilib ki, cari ildə rayonda 2600 hektarda pambıq yetişdirilib. Məhsulun təqribən 70 faizi maşınlarla yığılacaq. Bu məqsədlə hələlik 6 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib. Məhsulun qalan hissəsi isə əllə toplanacaq. Bunun üçün ilk günlərdən tarlalara 3000 nəfərədək işçi qüvvəsi cəlb olunub.

Rayonda pambıqçılıqla məşğul olan 160 fermer təsərrüfatı var. Əksər ərazilərdə, o cümlədən Ərəbmehdibəy, Bozavand, Rəhimli, Kəndoba, Çaparlı və bir sıra digər ərazi vahidlərində məhsuldarlıq daha yüksəkdir. Mütəxəssislər cari mövsümdə rayonda hər hektardan azı 20 sentner məhsul götürüləcəyi qənaətindədirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video