Alternative content

03:49 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Los Angeles Times” qəzetinin ispandilli versiyasında Bakının gözəlliyindən bəhs edən məqalə dərc olunub
“Los Angeles Times” qəzetinin ispandilli versiyasında Bakının gözəlliyindən bəhs edən məqalə dərc olunub
ANA SƏHİFƏ / SİYASƏT
14:02 10.09.2018

ABŞ-ın nüfuzlu "Los Angeles Times” qəzetinin ispandilli versiyasında ("Hoy Los Angeles”) "Bakı: Xəzər Dənizinin zinət tacı” başlıqlı geniş məqalə dərc edilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, qəzetin baş redaktoru Alexandro Masielin müəllifli olduğu məqalədə müəllif Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşür, ölkəmizin inkişafı, Bakının əsrarəngiz gözəlliyi, görməli yerləri və son illərdəki sürətli transformasiyası haqqında ətraflı məlumat verir. A.Masiel səfərdən əvvəl Azərbaycan haqqında təsəvvürünün olmadığını, ölkəmizin yalnız adı və yerləşdiyi coğrafiya haqqında məlumatlı olduğunu bildirir, sözügedən səfərin onun bütün baxışlarını dəyişdiyini və Azərbaycanın inkişafını öz gözləri ilə görməkdən məmnun olduğunu vurğulayır.

A.Masiel ölkəmizdə müxtəlif dinlərə mənsub insanların, o cümlədən müsəlmanların, yəhudilərin, ortodoks xristianlarının və katoliklərin dinc və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edir. Bu səpkidə o, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin fikirlərindən sitat gətirir: "Tolerantlıq və ya dözümlülük insanın onu narahat edən nəyəsə dözümlü yanaşması mənasını verir. Azərbaycanın nümunəsində isə bu tolerantlıqdan da yüksək yanaşmadır. Azərbaycanda bu, başqalarının inanclarına və adət-ənənələrinə hörməti özündə ehtiva edir. Bu isə ölkəmizdəki xalqların dinc birgə yaşayışını təmin edib”.

Sonda müəllif oxucularını Azərbaycana səfər edərək bu ölkəni özləri üçün "kəşf” etməyə dəvət edir.