10 Sentyabr 2018 10:41
500
DÜNYA
A- A+

İqor Dodon: Yük maşını polis avtomobilini buraxaraq üstümüzə tərəf gəldi

Moldova prezidenti İqor Dodon bazar günü düşdüyü yol qəzasını müəmmalı hadisə adlandırıb.

AZƏRTAC-ın məlumatına görə, Moldovanın "Komsomolskoy pravdı” nəşrinə geniş müsahibə verən İ.Dodon yol qəzasının sui-qəsd olması barədə fikirləri şərh edərkən deyib: "Mən indidən hər hansı konkret rəy bildirmək istəmirəm. Bu işlə məşğul olan məsul hüquq-mühafizə orqanları var, onlar araşdırma aparırlar. Biz qayda üzrə hərəkət edirdik, yol hərəkətində heç bir qayda pozuntusu yox idi. Yük maşını polis avtomobilini buraxdıqdan sonra içərisində olduğum avtomobilə tərəf istiqamət aldı”.

İ.Dodon yol qəzasına düşən ailə üzvlərinin də vəziyyətinin normal olduğunu qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video