Alternative content

02:52 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İqor Dodon: Vəziyyətim normaldır, əzilmə yoxdur
İqor Dodon: Vəziyyətim normaldır, əzilmə yoxdur
ANA SƏHİFƏ / DÜNYA
18:51 09.09.2018

Moldova prezidenti İqor Dodon yol qəzası zamanı ciddi xəsarət almadığını bəyan edib.

AZƏRTAC-ın məlumatına görə, Moldovanın "Komsomolskoy pravdı” nəşrinə açıqlamasında İ.Dodon deyib: "Heç bir yara, zədə və əzilmə yoxdur. Vəziyyətim normaldır”.

Qeyd edək ki, bazar günü Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb. Prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub. Qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib.