Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:39 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Strateji tərəfdaşlıq yeni və dinamik inkişaf mərhələsinə qədəm qoyur
Strateji tərəfdaşlıq yeni və dinamik inkişaf mərhələsinə qədəm qoyur
ANA SƏHİFƏ / SİYASƏT
00:46 09.09.2018

Azərbaycanla Xorvatiya arasında iqtisadi münasibətlərin yüksəliş dövrü başlayır


"Xorvatiya Azərbaycanı özünün mühüm strateji tərəfdaşı hesab edir. Azərbaycan və Xorvatiya əsl dostlardır. Biz bir-birimizi Avropa İttifaqı çərçivəsində də dəstəkləyirik. Biz, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mövqeyini yüksək dəyərləndiririk”.
Bu fikirləri sentyabrın 6-da Xorvatiyada iki dövlət arasında sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edən bu ölkənin lideri, xanım Kolinda Qrabar-Kitaroviç söyləyib.
Xorvatiya Prezidenti vurğulayıb ki, ölkəsi güclü iradəyə əsaslanaraq Cənub və Mərkəzi Avropa ölkələri ilə Xəzər hövzəsi arasında daha geniş əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır.


İki ildə dörd görüş


Öncə onu vurğulayaq ki, ölkəmizin müstəqilliyini 28 dekabr 1991-ci ildə tanıyan Xorvatiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci ildən başlayıb. 2011-ci ilin fevralından Azərbaycanın Xorvatiyada, həmin ilin mart ayında isə bu ölkənin respublikamızda səfirliyi fəaliyyətə başlayıb. 2008-ci ildən Xorvatiya Parlamentində Xorvatiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir.
Prezident İlham Əliyev 2005-ci il 10-12 iyun və 2013-cü il 10-12 mart tarixlərində Xorvatiyada rəsmi səfərdə olub. Bu səfər isə dövlət başçısının Xorvatiyaya 3-cü rəsmi səfəri oldu. Azərbaycan Prezidentinin xorvatiyalı həmkarı xanım Kolinda Qrabar-Kitaroviçlə keçirdiyi görüşlərin sayı isə 4-ə çatdı.
2015-ci ildə Xorvatiya Prezidenti seçilən Kolinda Qrabar-Kitaroviçlə cənab İlham Əliyev arasında ilk görüş 2016-cı ilin fevral ayında Londonda gerçəkləşib. Fevralın 4-də Londonda "Suriyaya və regiona dəstək” konfransı çərçivəsində görüşən prezidentlərin ikinci görüşü həmin ilin oktyabrında Bakıda baş tutub. Azərbaycana iki günlük rəsmi səfərə gələn Xorvatiya Prezidenti biznes forumda da iştirak edib. Dövlət başçıları arasında növbəti görüş 2017-ci il 16-17 fevral tarixində Almaniyada təşkil olunan 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində gerçəkləşib. Sentyabrın 6-da isə 4-cü dəfə görüşən liderlər iki dost ölkə arasında münasibətlərin daha da dərinləşməsi, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparıblar.


Yeni sənədlər ikitərəfli münasibətlərə təkan verəcək


İki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya fəaliyyət göstərir. Komissiyanın 2017-ci ildə Bakıda keçirilmiş ilk iclasında sənaye, enerji, nəqliyyat, informasiya texnologiyaları, turizm, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə mühüm razılaşmalar əldə edilib.
Ölkələrimizin qarşılıqlı əlaqələri ilə bağlı indiyədək 20-dək müqavilə imzalanıb. İki ölkə arasında ticari münasibətlərə gəlincə isə onu demək olar ki, 2016-cı ildə ticarət dövriyyəsinin həcmi 284,7 milyon dollar təşkil edib. Bunun da 51,2 milyon dolları idxalın, 233,5 milyon dolları ixracın payına düşüb. Ötən il isə ticarət dövriyyəsi 110 milyon dollar həcmində olub.
Sentyabrın 6-da isə strateji tərəfdaşlar arasında imzalanan müqavilələr sırasına daha iki sənəd əlavə edilib. "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram”ı və "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Yeni imzalanan sənədlər, əlbəttə ki, ikitərəfli münasibətlərə təkan verəcək.


İqtisadi münasibətlərin daha da inkişafı üçün real zəmin var


Dövlət başçıları arasında keçirilən görüşdə iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Xorvatiya lideri bu sahədə hazırkı vəziyyətin hələ o qədər də istənilən səviyyədə olmadığını söyləyərək bununla bağlı qarşılıqlı komissiyanın iş apardığını vurğulayıb. İşin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir.
İki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini vacib hesab edən Kolinda Qrabar-Kitaroviç hesab edir ki, əczaçılıq sahəsində Xorvatiya öz təcrübəsini bölüşə bilər. Prezident İlham Əliyev isə iki ölkənin şirkətləri tərəfindən birgə müəssisənin təsis edilə biləcəyinin mümkünlüyünü qeyd edib.
Məhz bunun sayəsində Xorvatiyanın əczaçılıq şirkətləri üçün fürsət yaranacaq. Onlar Mərkəzi Asiya və ümumiyyətlə, Xəzər hövzəsi regionuna çıxış əldə edəcək, o cümlədən Azərbaycanda da fəaliyyət göstərəcəklər. Təbii ki, ticari münasibətləri inkişaf etdirəcəklər.


Biznes potensialından tam şəkildə istifadə edilməlidir


Azərbaycanla kənd təsərrüfatı, informasiya texnologiyaları, yeyinti məhsullarının emalı sahələrində də əməkdaşlığı inkişaf etdirməyə ümid etdiyini deyən Xorvatiya Prezidenti gəmiqayırma sahəsində də vacib işlərin olduğunu və Prezident İlham Əliyevlə 6 gəmi ilə bağlı müzakirələr apardığını qeyd edib: "Ümidvaram ki, bununla bağlı danışıqlarımız davam etdiriləcək və Azərbaycan ilə biznes potensialını tam şəkildə istifadə edə biləcəyik”.
Xanım Kolinda Qrabar-Kitaroviç Xorvatiyanın Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak etmək istəyində olduğunu söyləyib.
Azərbaycanı NATO-nun mühüm tərəfdaşı hesab edən Xorvatiya Prezidenti vurğulayıb ki, respublikamız bu quruma vacib töhfə verir: "Azərbaycan da bizim ölkə kimi müxtəlif yerlərdə təhlükəsizlik məsələlərinin həllinə, sabitliyin qorunmasına töhfə verir və bunda maraqlıdır. Burada söhbət xüsusən Avropanın cənub bölgəsindən gedir. Siz həmçinin Əfqanıstanda aparılan əməliyyatlara da qatılmısınız. Təhlükəsizliyə və sabitliyə verdiyiniz davamlı dəstəyə və töhfəyə görə mən Sizə təşəkkürümü bildirirəm”.


Müştərək investisiya layihələri də icra edilə bilər


İki ölkənin həqiqətən də strateji tərəfdaş olduğunu qətiyyətlə vurğulayan İlham Əliyev Azərbaycanın Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq istəyində olduğunu vurğuladı. Ona görə də hökumətlərarası komissiya bu məsələ ilə bağlı çox ciddi fəaliyyət göstərəcək. Yaxın zamanlarda həm ticarət dövriyyəsinin artırılması, həm də müştərək investisiya layihələri də icra edilə bilər: "Energetika sahəsində əməkdaşlığımız çox önəmlidir. Azərbaycan "Cənub qaz dəhlizi”nin icrası ilə çox fəal məşğuldur.Yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək və Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə dünyaya, Avropaya təqdim edə bilər”.
Xorvatiya ilə bu sahədəki əməkdaşlığı çox önəmli əməkdaşlıq adlandıran dövlət başçısı iki ölkə arasında bu məsələ ilə bağlı memorandumun da imzalandığını və İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqların aparıldığını xatırladıb. Həmçinin diqqətə çatdırıb ki, Azərbaycanın qaz ehtiyatları çox böyükdür. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu, onu göstərir ki, Azərbaycan qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atacaq və ixrac coğrafiyasını genişləndirəcək.
Bir sözlə, ölkəmizin həm Avratlantik strukturlarla əlaqələri, həm də ikitərəfli müstəvidə aparılan işlər onu göstərir ki, Xorvatiya və Azərbaycan, sözün əsl mənasında, strateji tərəfdaşlardır. İki dövlət arasında əczaçılıq, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma sahələri üzrə müştərək layihələrin həyata keçirilməsi üçün münbit şərait, əlverisli investisiya mühti mövcuddur.
Bu sahələr üzrə yaxşı nəticələrin əldə olunacağına əminliyini ifadə edən İlham Əliyev artıq müvafiq göstərişlərin də verildiyini söyləyib. Çox güman ki, hökumətlərarası müştərək komissiya bütün bu göstərişləri vaxtında və yüksək səviyyədə icra edəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM