Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:35 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İxracatda kənd təsərrüfatı məhsullarının çəkisi artır
İxracatda kənd təsərrüfatı məhsullarının çəkisi artır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:30 09.09.2018

İndi Azərbaycan xaricdə təkcə neft və qazı ilə tanınmır


Son dövrlər həyata keçirilən iqtisadi siyasətin əsas istiqaməti qeyri-neft sektorunun inkişafıdır. Bu məqsədə nail olmaq üçün köklü islahatlar aparılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkarlara hərtərəfli güzəştlər edilir.
Xüsusilə mövcud olan bir çox bürokratik əngəllər aradan götürülüb. Belə ki, həyata keçirilən "Bir pəncərə” siyasəti və müəyyən sahələrdə lisenziyaların ləğvi və ya lisenziyaların alınma prosedurlarının sadələşdirilməsi sahibkarlara geniş imkanlar yaradır.
Hazırda qeyri-neft sektorunda məhsul istehsalının və ixracının çəkisinin sürətlə artması da bununla bağlıdır. Cari ilin birinci yarısında ümumi daxili məhsul 1,3, qeyri-neft sektoru 2 faiz çoxalıb. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində qeyri-neft sənayesində 8,8, kənd təsərrüfatında 7,6, informasiya və rabitə xidmətlərində 4,9, ticarətdə isə 2,5 faiz artıma nail olunub. Sözsüz, bu uğurların əldə edilməsi qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatların nəticəsidir.
Qeyri-neft sektorunda aparıcı sahələrdən biri kənd təsərrüfatıdır. Son dövrlər fermerlərə göstərilən dəstək məhsul istehsalında özünü göstərir. Son 2-3 il ərzində kənd təsərrüfatı məhsulları faizlə deyil, dəfələrlə artıb. Belə artım pambıqçılıqda, fındıqçılıqda, baramaçılıqda, tütünçülükdə, xurma istehsalında müşahidə olunur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aqrar sektorun inkişafının əhəmiyyətini qeyd edərək demişdir: "Kənd təsərrüfatı ilə bağlı qarşıda duran əsas vəzifələr bu sahədə ən müasir standartları tətbiq etməkdir. Son illərdə kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilmişdir. Demək olar ki, biz texnika parkımızı tamamilə yeniləmişik. Kənd təsərrüfatı texnikasının alınması bundan sonra da davam edəcək, ancaq onun əsas hissəsi həll olunub... Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. Elə müasir sistemlər var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı sistemini nəhayət ki, tətbiq etməliyik”.
Dövlət başçısının çıxışından görünür ki, aqrar sektorda müasir texnika və texnologiyaların tətbiqinə üstünlük veriləcək. Heç kəsə sirr deyil ki, aztorpaqlı fermer öz sahəsində dəyəri yüksək olan texnika və texnologiyaları tətbiq edə bilməz. Buna görə də kənd təsərrüfatında yeni bir istiqamətin inkişafına diqqət ayrılır. Bu da aqroparklardır. Dövlət həmin məqsədlə aqroparkların infrastrukturunun yaradılması üçün 200 milyon manatdan çox investisiya qoyub, sahibkarlara 100 milyon manatdan çox güzəştli şərtlərlə kredit verib. Ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Bu məqsədlə aqroparklara ümumilikdə 1,5 milyard manatlıq sərmayə qoyulması proqnozlaşdırılıb. Məqsəd bu yolla daha yüksək məhsuldarlığa nail olmaqdır. Məsələn, taxıl üzrə ümumi göstərici hər sentnerdən 30 faiz olduğu halda, aqroparklarda bu rəqəm 50 sentnerdir. Yaranan fərq özü kənd təsərrüfatında müasir texnika və texnologiyaların tətbiqinin əhəmiyyətini açıq şəkildə göstərir.
Hazırda ölkə üzrə 4 aqropark fəaliyyət göstərir. Cari ilin sonunadək əlavə 14 aqropark da istifadəyə veriləcək. Artıq fəaliyyət göstərən aqropark və iri fermer təsərrüfatlarında 50 min hektardan artıq ərazidə müasir suvarma sistemlərinin tətbiqi nəticəsində buğda, arpa, dənli qarğıdalı və digər kənd təsərrüfatı bitkiləri üzrə hər hektardan əldə edilən orta məhsuldarlıq ölkə üzrə müvafiq göstəricidən 2 dəfəyədək çoxdur. Dövlət başçısının qeyd etdiyi kimi, bu sahədə yeni texnika və texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlığa nail olmaq mümkündür. Yuxarıda göstərilən rəqəmlər də bunu sübut edir.
Aqrar sektorda çalışan kiçik sahibkarlara dəstək göstərilməsi də unudulmur. Bu məqsədlə iri sahibkarlar tərəfindən kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün şəkər tozu istehsalının yerli xammal təminatının artırılması məqsədilə 7 min hektar sahədə şəkər çuğunduru əkini üçün illik 3 faizlə 7 milyon manat güzəştli kredit verilib. Bunun üçün 1500 fermerlə müqavilə bağlanıb ki, həmin müqavilələr əsasında 3600 nəfər işlə təmin olunub. Beləliklə, həyata keçirilən düşünülmüş bu siyasət nəticəsində həm iqtisadi artıma, həm də məşğulluğun təmin edilməsinə nail olmaq mümkünləşib.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyul aylarında kənd təsərrüfatında ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 4100,2 milyon manat təşkil etmişdi ki, onun da 2086 milyon manatı heyvandarlıq, 2014,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 6,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,5, bitkiçilik məhsulları üzrə 11 faiz artıb.
Kənd təsərrüfatında həyata keçirilən uğurlu islahatlar məhsul ixracında da özünü göstərir. Bu ilin 7 ayında 144 milyon dollar dəyərində pomidor ixrac olunub. Beləliklə, həmin dövrdə ixrac edilən qeyri-neft məhsullarında birinci yerdə pomidor ixracı dayanır. Belə ki, həmin dövrdə meyvə-tərəvəz ixracında 301, pambıq lifi 45, pambıq ipliyi ixracı 12 milyon dollar təşkil edib. Beləliklə, pambıq ipliyi ixracı 32, meyvə-tərəvəz ixracı 19 faiz çoxalıb.
Kənd təsərrüfatının inkişafı ölkənin qeyri-neft sektorunun ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırıb. İlin sonunda bu rəqəm daha çox olacaq. Ona görə ki, yüksək ixrac imkanları olan fındıq, xurma, qoz və digər məhsullar payızda yetişir. Bu məhsulların yığılması ixrac imkanımızı artırmaqla yanaşı, ölkəyə əlavə valyutanın daxil olmasını da təmin edəcək.

Rüstəm KAMAL,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM