Alternative content

01:16 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tacikistan Respublikasının Prezidenti zati-aliləri cənab Emoməli Rəhmona
Tacikistan Respublikasının Prezidenti zati-aliləri cənab Emoməli Rəhmona
ANA SƏHİFƏ / Məktublar
00:29 09.09.2018


Hörmətli Emoməli Şərifoviç!

Tacikistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Tacikistan ictimai-siyasi sabitlik, dayanıqlı sosial-iqtisadi inkişaf yolu ilə irəliləyir. Ölkənizin beynəlxalq nüfuzu, regional məsələlərdə rolu gündən-günə artır.

Azərbaycan-Tacikistan əlaqələri zəngin ənənələrə malikdir. Keçən ay Azərbaycana rəsmi səfəriniz bu ənənələrin aşkar təzahürüdür. İnanıram ki, dövlətlərarası münasibətlərimiz, qarşılıqlı maraq doğuran əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 sentyabr 2018-ci il