Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:33 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uğurlu gələcəyin təminatı
Uğurlu gələcəyin təminatı
ANA SƏHİFƏ / Təhsil
00:13 09.09.2018

Maarif sözünü çox zaman işıq sözü ilə yanaşı işlədirik. Atalarımız da "Savadsız adam kor kimidir” - deyiblər. Qəlbi, düşüncələri elmin, təhsilin nuruna bürünənlər başqalarının da yolunu aydınlada bilirlər.
Savadsızlığın ləğv edilməsi bütün dünya vətəndaşlarını düşündürən ən ümdə məsələlərdən biridir. Bu gün də planetimizdə yetkinlik yaşına çatmış hər 6 nəfərdən birinin yazıb-oxumağı bacarmaması təəssüf doğurur. Hələ 2002-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən, 2003-2013-cü illər BMT Savadlılıq Onilliyi elan olundu. Bu mühüm məsələni nəzərdə saxlamaq məqsədi ilə hər ilin 8 sentyabrı Beynəlxalq Savadlılıq Günü kimi qeyd edilir. Həmin gün təhsilin inkişaf etdirilməsinin, bu istiqamətdə bütün il boyu həyata keçirilmiş və qarşıda duran işlərin vacibliyi, hər kəsin təhsil almaq hüququna malik olması yenidən diqqətə çatdırılır.
Bir millətin tərəqqisi naminə əldə edəcəyi birinci uğur kütləvi savadlanmaya nail olmasıdır. Bunun üçün ötən əsrlərdə Azərbaycan ziyalılarının ən böyük qayğısı, ali məqsədlərə doğru gedən yolda ilk müvəffəq olmaq istədikləri soydaşlarının yazıb-oxumağı öyrənməsi idi. Düşünürdülər ki, millətdaşları savadlanarsa, dünyanın işlərindən xəbərdar olar, haqlarını, hüquqlarını anlayarlar. Savadlı, dünyagörüşlü vətəndaş həm də dövrün tələblərindən çıxış edərək doğma vətənin, ölkəsinin müqəddəratı naminə səylə çalışmağa, məqsədyönlü işlər görməyə qadirdir.
Tarixə nəzər salanda görürük ki, uzun zaman ölkəmizin hər yerində təhsil ocaqları adına yalnız mollaxanalar fəaliyyət göstərirdi. Orada isə əsasən ala-yarımçıq ərəb hərfləri öyrədilir, çərəkələr əzbərlədilirdi. Mollaxanalarda uşaqlara nəinki dünyəvi elmlər, heç dini biliklər də verilmirdi.
XIX əsrin əvvəllərində Azərbaycanda milli oyanış gücləndi. O zaman sayca az olan ziyalılarımızın böyük əksəriyyətinin fəaliyyətində maarifçilik böyük yer tuturdu. Ancaq çar imperiyasının müstəmləkəsində yaşayan ölkələr arasında təhsil məsələsində də ən çox problemlərlə üzləşənlərdən biri Azərbaycan idi. Maarifin inkişafının milli oyanışa, milli özünüdərkə təkan verəcəyindən ehtiyat edən çarizm burada yeni tipli məktəblərin açılmasını uzun müddət əngəllədi. Ancaq problemin ən ağrılı tərəfi başqa idi. Azərbaycanda təhsildən uzaq, cahil ata-analar özləri də övladlarının məktəbə getməsində, savadlanmasında maraqlı deyildilər. Buna görə maarifpərvər ziyalılarımız həm yeni tipli məktəblərin açılmasına, həm də valideynlərin uşaqlarını belə təhsil ocaqlarına göndərmələrinə çalışırdılar.
Azərbaycan təbəddülatlarla dolu XX əsri belə qarşıladı. Əsrin başlanğıcında yenilikçilərin əməli fəaliyyətlərində hələ də məktəblər, eləcə də mətbuat orqanları, mətbəələr, qiraətxanalar, xəstəxanalar açmaq uğrunda mübarizələri daha çox nəzərə çarpırdı. Çarizmin bütün maneələrinə baxmayaraq, Azərbaycanın millətpərvər övladları müəyyən uğurlar əldə edə bilirdilər.
Diqqət göstərilən əsas məsələlərdən biri qızların, qadınların məktəblərə cəlb olunması idi. Azərbaycan ziyalıları əmin idilər ki, millətin və ölkənin inkişafı naminə görüləcək ən mühüm işlərdən biri budur. Çünki vətənin gələcəyini müəyyənləşdirəcək uşaqları analar tərbiyə edir. 1900-cü ilin yazında ilk dəfə Bakıya gələn görkəmli publisist Ömər Faiq Nemanzadəni də "Ən böyük türk milyonerlərinin, ən nüfuzlu axundlarının, ən böyük fanatiklərin, ən qorxulu maarif düşmənlərinin, ən birinci millət xainlərinin toplaşdığı bu şəhərdə” sevindirən təkcə Hacı Zeynalabdin Tağıyevin açdığı müsəlman qız məktəbi olmuşdu. O, yazırdı: "Burada maarif adında türklərə məxsus ancaq bir-iki ibtidai məktəb vardı. Rus məktəblərindəki türk tələbələrinin sayı barmaqla göstəriləcək dərəcədə idi. ...Burada Tağıyevin açdığı qız məktəbini görməsəydim, Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim. Lakin heç gözləmədiyim qız məktəbi məni o qara xəbərçilikdən qurtardı”.
XX əsrin ilk illərində millətin savadlı, ictimai-siyasi həyatda fəallıq göstərən qabaqcıl övladları soydaşlarını maarifləndirmək, yoxsul balaları məktəblərə cəlb etmək, ehtiyacı olanlara maddi kömək göstərmək üçün bütün vasitələrdən istifadə edirdilər. 1906-cı il 8 martda Bakıda "Nicat” mədəni-maarif cəmiyyəti də bu məqsədlə yaradıldı. Bu cəmiyyət tərəfindən böyüklər üçün axşam kursları açıldı. Üç qrupda (bisavad, az savadlı və savadlı) fəaliyyət göstərən axşam kurslarında Azərbaycan və rus dilləri ilə yanaşı, riyaziyyat fənni də tədris edildi.
"Nicat”ın 14 nəfərdən ibarət qadınlar şurasının fəaliyyəti də təqdirəlayiq idi. 1908-ci il oktyabr ayının 26-da tanınmış ziyalı qadınların yaratdıqları həmin şöbənin əsas vəzifəsi təhsil almaq istəyən müsəlman qızlara kömək etmək idi.
Tariximizə işıqlı dövr kimi yazılan Azərbaycan Xalq Cümhuriyyəti illərində əhalinin savadlanması, yüksək kadrların hazırlanması məsələlərinə xüsusi əhəmiyyət verildi. Cəmi 23 ay bərqərar olan Cümhuriyyət hökuməti Azərbaycanın bütün bölgələrində yeni məktəblər açdı. Həmin illərdə Bakı Dövlət Universiteti yaradıldı. Xaricdə təhsil almağa 100 nəfər gənc göndərildi.
Ədalət naminə deməliyik ki, dövlət müstəqilliyimizə qəsd edən bolşeviklər də maariflənməyə laqeyd qalmadılar. Sovet hakimiyyəti illərində yaradılan savadlandırma kurslarının, gecə məktəblərinin də əhalinin maariflənməsində böyük rolu oldu.
XX əsrin son onilliyində yenidən müstəqilliyinə qovuşan Azərbaycan Respublikası ağır sınaqlardan şərəflə keçdi. Təhsil dövlətimizin prioritet məsələlərindən birinə çevrildi.
Ölkə vətəndaşlarının hərtərəfli inkişafında maariflənmənin əsas vasitə olduğu hər zaman diqqət mərkəzində saxlanılır. Buna uyğun qərarlar verilir, fəaliyyət proqramları qəbul olunur. Azərbaycan dövləti uşaqların sağlam, savadlı, intellektual səviyyədə böyüyüb inkişaf edərək cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi üçün müxtəlif layihələr həyata keçirir. Məktəbəqədər və ümumtəhsil müəssisələrində, orta ixtisas və ali məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün dövlət tərəfindən ardıcıl işlər görülür. Sağlamlıq imkanları məhdud uşaqlar da təhsildən kənarda qalmır. Onlara xüsusi məktəblərdə, internat məktəblərində və siniflərdə oxumaq imkanı yaradılır. Prezident İlham Əliyev bildirib: "Biz çox şadıq ki, uşaqlarımızın hamısı, yəni, onların yüz faizi məktəblərdə təhsil alır. Ölkədə savadlılıq, demək olar ki, yüz faizdir”. Son illər Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Həmçinin respublikamızda məktəbdən kənarda qalmış uşaqların, eləcə də yaşlıların təhsillərini davam etdirmələri üçün dövlət tərəfindən tədbirlər görülür.
"Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində qeyd olunur ki, bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılmalı və təhsil hüququ təmin olunmalıdır. Həmin sənəddə daha sonra bildirilir ki, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir. Vətəndaşların təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol verilmir. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminatçıdır.
Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Son illərdə Azərbaycanda 3000-nə yaxın yeni məktəb tikilib, çox sayda məktəb isə əsaslı təmir olunub, bir sıra məktəblər üçün əlavə korpuslar inşa edilib. Şagirdlərin dərsliklərlə pulsuz təminatı, azərbaycanlı gənclərin xarici ölkələrin ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanlarının artırılması, elm adamlarına, təhsil işçilərinə diqqət və qayğı dövlətin bu sahəni daim diqqətdə saxladığını göstərir.
Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri də bu sahənin inkişafına mühüm töhfələr verir. Belə ki, son illərdə fondun təşəbbüsü ilə 400-dən çox yeni məktəb tikilərək istifadəyə verilib, 40-dan çox uşaq evi və internat məktəb əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib.
Təhsil sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etməsi də Azərbaycanın qazandığı uğurların nümunəsidir.
Texniki tərəqqi əsri sayılan XXI əsrdə savadsızlıq dünyada milyonlarla insanı əhatə edir. Ötən il Beynəlxalq Savadlılıq Günü münasibətilə ictimaiyyətə müraciət edən UNESCO-nun baş direktoru İrina Bokova qeyd etdi ki, dünyada 750 milyon yaşlı insanın ən ibtidai savadı yoxdur. Təxminən 264 milyon uşaq və yeniyetmə orta təhsil almaqdan kənarda qalıb. Həmçinin yaşlı insanların və gənclərin xeyli hissəsi rəqəmsal bilikdən məhrumdurlar. Müraciətdə dayanıqlı inkişafın əsas hədəflərindən olan keyfiyyətli təhsilə nail olmaq üçün birgə fəaliyyət göstərməyin zəruriliyi diqqətə çatdırıldı. Bildirildi ki, Beynəlxalq Savadlılıq Günü bizə əldə edilmiş nəticələri qiymətləndirməyə və qarşıya qoyulan vəzifələrin həlli üçün qüvvələrimizi birləşdirməyə imkan yaradır.
Beynəlxalq Savadlılıq Günü hər kəsə bu həqiqəti bir daha xatırladır ki, cəmiyyətin inkişafı, dövlətin tərəqqisi savadlı vətəndaşlarının sayəsində mümkündür. Bu gün Azərbaycan dövlətinin hər bir vətəndaşının təhsil alması üçün yaratdığı şərait respublikamızın uğurlu gələcəyinin təminatıdır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM