Alternative content

18:28 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətəndaşların və nəqliyyat vasitələrinin dövlət sərhədindən daha sürətli keçidinin təmin edilməsi təkmilləşdirilir
Vətəndaşların və nəqliyyat vasitələrinin dövlət sərhədindən daha sürətli keçidinin təmin edilməsi təkmilləşdirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:11 09.09.2018


Sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Samur” dövlət sərhədindən buraxılış məntəqəsində xidməti fəaliyyətin təşkilinin vəziyyətini yoxlayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı prosedurlarının təkmilləşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyinin dəyərləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər aparılıb. Bu söhbətlərdə son dövrlərdə dövlət sərhədindən buraxılış məntəqələrinin xidməti fəaliyyətində nəzərəçarpan yeniliklərin səmərəliliyi barədə vətəndaşların fikirləri öyrənilib, təklif və müraciətləri dinlənilib.

Sonra general-polkovnik Elçin Quliyevin və gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət sərhədindən keçən şəxslərin hüquqlarının qorunması ilə bağlı tapşırıq və göstərişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələr, o cümlədən sərhəd və gömrük təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, dövlət sərhədindən keçən şəxslərin yoxlanılmasına mümkün qədər az vaxt sərf edilməsinin üsul və metodları haqqında geniş fikir mübadiləsi aparılıb.

Müşavirədə "Samur” dövlət sərhədindən buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması nəzərə alınaraq, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətin daha da optimallaşdırılması, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair təkliflər müzakirə olunub.

Vətəndaşların və nəqliyyat vasitələrinin dövlət sərhədindən daha sürətli keçidinin təmin edilməsi məqsədilə rejim zonasının daxilində infrastrukturun daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verilib və cari il noyabrın sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

Şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinin daha da asanlaşdırılması, rejim zonasının yaxınlığındakı infrastrukturun yaxşılaşdırılması məqsədilə "Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısındakı ərazinin abadlaşdırılması və səliqəyə salınması məsələləri Qusar Rayonu İcra Hakimiyyətinin başçısı Şair Alxasov ilə müzakirə olunub. Müvafiq tədbirlərin qısa müddət ərzində görülməsi qərara alınıb.

"Azərbaycan”