Alternative content

07:03 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya Özbəkistanda AES tikəcək
Rusiya Özbəkistanda AES tikəcək
ANA SƏHİFƏ / DÜNYA
22:46 08.09.2018


Rusiya Özbəkistanda atom elektrik stansiyası (AES) inşa edəcək. Bu barədə sazişi dünən iki ölkənin hökumət başçıları Dmitri Medvedev və Abdulla Aripov imzalamışlar.

Bundan əvvəl iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında çıxış edən Medvedev bildirmişdir ki, bu layihə strateji xarakter daşıyır. Söhbət texnologiyaların böyük miqyaslı transferindən, geniş səriştəyə malik mütəxəssislərin hazırlanmasından gedir. Bu isə Özbəkistanı texnoloji inkişafın digər səviyyəsinə keçirir.

Öz növbəsində, Aripov layihənin reallaşdırılmasına kömək göstərdiyinə görə Rusiya tərəfinə minnətdarlıq etmişdir. Artıq Özbəkistanın ali məktəblərində AES-də işləmək üçün mütəxəssislərin hazırlanması başlanmışdır. AES-in 2028-ci ilədək istismara verilməsi planlaşdırılır.