Alternative content

21:24 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əlcəzairdə vəba epidemiyasının qarşısı alındı
Əlcəzairdə vəba epidemiyasının qarşısı alındı
ANA SƏHİFƏ / DÜNYA
22:46 08.09.2018


Əlcəzairdə 70 nəfərdən çox adamın xəstəxanalara yerləşdirilməsinə səbəb olmuş vəba epidemiyasının qarşısı alınmışdır. Bufarik rayon xəstəxanasının direktoru Rida Daqbuşun dediyinə görə, xəstələrin hamısı müalicə olunaraq evə buraxılmışdır. Uğurlu nəticə tibbi personalın səyləri nəticəsində mümkün olmuşdur.

Qeyd edək ki, ölkədə vəba epidemiyası yayın axırlarında qeydə alınmışdır. Ötən ayın 30-da xəstələrin sayı 74 nəfər idi. İki nəfərin dünyasını dəyişdiyi bildirilir.