Alternative content

13:23 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hokkaydoda zəlzələ qurbanlarının sayı 27 nəfərə çatdı
Hokkaydoda zəlzələ qurbanlarının sayı 27 nəfərə çatdı
ANA SƏHİFƏ / DÜNYA
22:45 08.09.2018


Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında baş vermiş güclü zəlzələdə ölənlərin sayı 27 nəfərə çatmışdır. 13 nəfər itkin düşmüş hesab olunur. Bu barədə Yaponiya hökumətinin baş katibi Yosihide Suqa məlumat vermişdir.

Hazırda altı yaralı ağır vəziyyətdədir.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması işinə özünümüdafiə qüvvələrinin, yanğınsöndürmə xidmətinin və polisin 40 min əməkdaşı, habelə 75 helikopter cəlb edilmişdir.